Mobil versiya
Azərbaycan Ordusu qarşısında aciz qalan terrorçu Ermənistan mülki əhalini hədəf alır - Politoloq
Tarix: 19-10-2020 | Saat: 09:57
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Ordusu qarşısında aciz qalan terrorçu Ermənistan mülki əhalini hədəf alır -



Terrorçu, təcavüzkar dövlət olan, beynəlxalq hüquq normalarının nə olduğunu bilməyən Ermənistan Azərbaycan Ordusunun qələbələri qarşısında aciz qaldığı, cəbhədə müharibə apara bilmədiyi və işğal etdiyi ərazilərdən qovulduğu üçün mülki əhaliyə qarşı raketlər, qadağan olunmuş silahlar tətbiq edir.

Bunu Trend-ə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, terrorçu Ermənitanın oktyabrın 16-da Ordubada, oktyabrın 17-də Mingəçevirə atdığı raketlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərəsizləşdirildi. Lakin oktyabrın 17-də Gəncəyə atdığı dörd ballistik raketdən bir neçəsi 20 yaşayış obyektini dağıtdı. 13 nəfər həlak oldu, 46 nəfər yaralandı. Həlak olanlardan ikisi uşaqdır:"Qeyd edim ki, bu, Ermənistanın Gəncədə törətdiyi üçüncü terror aktıdır. Oktyabrın 8-də və 11-də törətdiyi terror aktları nəticəsində 13 nəfər həlak olmuş, 50-dən çox insan yaralanmışdı".

R.Dadaşova əlavə edib ki, Ermənistanın cinayətinin bir neçə səbəbi var. Birincisi, Ermənistan panika yaratmaq, Azərbaycan ərazisində təxribat törətməyə cəhd edir. Lakin o, görə bilmir, yaxud da görmək istəmir ki, Azərbaycan Xalqı Ordunun, Ali Baş Komandanın arxasındadır, qürurlu Azərbaycan Xalqı torpaqlarının düşmən tapdağından azad edildiyi bu günləri çoxdan gözləyirdi. İkincisi, Ermənistanın burnundan uzağı görməyən üzdəniraq baş naziri Paşinyan cəbhədə məğlubiyyətini üst-basdır etmək, məhv olmuş erməni hərbiçilərinin, əsgərlərinin valideynlərinin, yaxınlarının ağzını yummaq üçün, guya öz qüvvəsini göstərmək üçün bunu edir. Üçüncüsü, Ermənistan işğal etdiyi ərazilərdən erməni silahlı qüvvələrinin qovulmasını rahat həzm edə bilmir, panika yaratmaqla əhalini digər şəhərlərdən çıxmağa məcbur edəcəyini və yeni işğal planları həyata keçirəcəyini düşünür: "Ermənistan bilməlidir ki, onun sonu yaxınlaşır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında qəti qərarlı olan Prezidenti, Ali Baş Komandanı, geri dönməyən Mübarizlərin, Poladların cəmləşdiyi müzəffər Ordusu, Xalqımızın qüruru var. Azərbaycan Ordusu bu gün Gəncənin qisasını cəbhədə alır.

Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdardır. Azərbaycan Respublikasının Prezidenti həmişə problemin diplomatik yolla həll edilməsinə çalışıb, qan tökülməsini istəməyib. Lakin Ermənistan beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə məhəl qoymadı, hətta işğal planlarını genişləndirməyə cəhd etdi".

R.Dadaşova qeyd edib ki, dünya birliyi Ermənistanın cinayətlərinə göz yummamalıdır, reaksiya göstərməlidir: "Azərbaycan xalqı müharibə istəmir, işğal edilmiş ərazilərinin sülh yolu ilə azad edilməsini istəyir, beynəlxalq təşkilatlar münaqişənin həll edilməsinə çalışmalıdır, Təhlükəsizlik Şurasının daimi üzvləri işğal etdiyi ərazilərdən çıxması haqqında Ermənistana çağırış etməlidirlər. Körpələrin, qocaların, qadınların qətlə yetirilməsi insanlığın ölməsini göstərmirmi? Özünü demokratik ölkə hesab edən və bu işdə başqa dövlətlərin daxili siyasətinə qarışan dövlətlər əgər ədalət carçısıdırlarsa, Ermənistanın cinayətlərinə susmamalı, Ermənistanı terrorçu dövlət kimi elan etməli, sülhə gəlməsi üçün ona qarşı məcburi tədbirlər tətbiq etməlidirlər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024