Mobil versiya
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Erməni terrorçularının Gəncəyə növbəti hücumu ilə bağlı BeynəlxalqTəşkilatlara müraciəti
Tarix: 17-10-2020 | Saat: 15:00
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Erməni terrorçularının Gəncəyə növbəti hücumu ilə bağlı BeynəlxalqTəşkilatlara müraciəti


​2020-ci il 17 oktyabr, gecə saat 01 radələrindəErmənistanın növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəriolan, münaqişə zonasından 80 kilometr aralıda yerləşənGəncəyə, mülki əhalinin sıx yaşadığı əraziyə SCUD/Elbrus tiplibalistik raketlə hücum etməsi nəticəsində 13 nəfər ölmüş, 52-dən çox insan yaralanmışdır. Ölən və yaralananlar arasındaazyaşlı uşaqlar, qadınlar və yaşlılar da vardır.

​Son iki həftə ərzində üçüncü dəfədir ki, Gəncə şəhəriErmənistan tərəfindən şiddətli raket hücumuna məruz qalır. Nəzərinizə çatdıraq ki, indiyə kimi bu hücumlar nəticəsindəGəncədə 27 mülki şəxs həlak olmuş, 100-dən çox insanyaralanmışdır.

​Ermənistan hərbi və siyasi rəhbərliyinin qəsdən vəməqsədyönlü şəkildə münaqişə zonasından çox uzaqda yerləşən, 500 minlik əhalisi olan Gəncə şəhərini bombalaması, böyükdağıdıcı gücə malik SCUD kimi raketlərdən istifadə edərəkgünahsız dinc əhalini hədəfə alaraq öldürməsi XXI əsrintarixində insanlıq əleyhinə törədilmiş ən qanlı müharibə cinayətikimi yer alacaqdır.

​Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi buvəhşilik, barbarlıq, terror aktı Azərbaycan ictimaiyyətini vəeləcə də işçilərin hüquqlarını müdafiə edən bir təşkilat kimi bizi- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını dərindənnarahat edir. Bizi narahat edən təkcə bu deyildir, bizi ciddişəkildə məyus edən, dünyada təcavüzkarı durdurmağa vəcəzalandırmağa borclu olan, dünya birliyi tərəfindən məhzbunun üçün yaradılan BMT-nin Təhlükəsizlik ŞurasınınGəncədə yaşanan insanlıq dramına, törədilən soyqırıma vəmüharibə cinayətlərinə hələ də səssiz qalmasıdır.

​BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa vəbeynəlxalq humanitar hüquqa görə ən azından bu əmri verənErmənistanın siyasi və hərbi rəhbərliyi -Paşinyan və Tonoyan, əmri icra edən digər hərbiçilər hərbi cani elan olunmalı vəonların dərhal tutularaq müvafiq qaydada cəzalandırılmalarıüçün BMT Təhlükəsizlik Şurasının prosedurları işə düşməlidir.

​BMT Təhlükəsizlik Şurası Ermənistanın törətdiyi cinayətəbu dəfə də səssiz qalarsa, həmin qurumun təcavüzkar, mülkiəhalinin qatili olan Ermənistan hərbi rəhbərliyinin tammüdafiəsi və törədilən beynəlxalq cinayətlərə haqqqazandırılması, bu cinayətlərə şərik olmaları anlamınagələcəkdir. Tarix isə bunu heç vaxt və heç kiməbağışlamayacaqdır !

​Ona görə də biz Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının 1,5 milyon üzvü adından BMTTəhlükəsizlik Şurasından təcili toplanaraq ilk növbədəErmənistanın insanlıq əleyhinə törətdiyi cinayəti qəti şəkildəpisləməsini, sahib olduğu mandatdan istifadə edərək Gəncəninbombalanması əmrini verən, çoxlu sayda mülki əhalininölümünə səbəb olan təcavüzkar Ermənistanın Baş naziri NikolPaşinyanın və Müdafiə naziri David Tonoyanın sərt şəkildəcəzalandırılması üçün müvafiq addımlar atılmasını tələb edirik.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

17.10.2020



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024