Mobil versiya
Məşhur Məmmədov: Dövlət başçısının fikirləri Azərbaycan vətəndaşlarının mövqeyini ifadə edir
Tarix: 22-09-2020 | Saat: 14:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

Məşhur Məmmədov: Dövlət başçısının fikirləri Azərbaycan vətəndaşlarının mövqeyini ifadə edir


“Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsi ölkədə və regionda baş verən proseslərin inkişaf perspektivlərinin təhlili, dövlətimizin strateji hədəflərinin dəqiq sərhədlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

M.Məmmədov bildirib ki, Ermənistan Livandan və Suriyadan köçürülən erməniləri işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırır ki, bu da ciddi demoqrafik problemlərlə qarşı-qarşıya qalan işğalçı ölkənin niyyətini açıq şəkildə ortaya qoyur. Məlum olduğu kimi, istər Suriya, istərsə də Livan erməni terror təşkilatlarının məskən saldığı ölkələrdir. Biz bunu zaman-zaman müşahidə etmişik. Çox güman ki, Azərbaycan ərazilərinə də məhz həmin terror təşkilatlarının təmsilçiləri köçürülürlər. Bu köçürülmə məqsədli şəkildə həyata keçirilir. Çünki iyul hadisələrində rəsmən məğlub olan Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir?

Millət vəkilinin sözlərinə görə, əgər ermənilər öz çirkin əməllərindən əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq. Bunu cənab Prezident qətiyyətlə vurğuladı.

“Dövlətimizin başçısının qeyd etdiyi fikirlər Azərbaycan vətəndaşlarının mövqeyini ifadə edir, həmvətənlərimizin ürəyindən xəbər verir. Bu baxımdan, əminəm ki, Prezident İlham Əliyevin dediyi kimi “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyə, Məşhur Məmmədov bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024