Mobil versiya
Həmkarlar koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirirlər
Tarix: 22-09-2020 | Saat: 12:48
Bölmə:Gündəm | çapa göndər

Həmkarlar koronavirusla mübarizədə də həmrəylik nümayiş etdirirlər




AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən pandemiya dövründə bir çox əməkdaşların müxtəlif problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb


Məlum olduğu kimi, COVİD-19 koronavirus infeksiyası bütün dünyanı cənginə aldığı bir dövrdə Azərbaycan dövləti tərəfindən belə bir böhranlı şəraitdə ölkə iqtisadiyyatının çökməməsi, insanların rifah halının aşağı düşməməsi üçün bütün lazımi tədbirlər görüldü və hal-hazırda da bu tədbirlər davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında neçə-neçə irimiqyaslı iqtisadi paketlər işlənib hazırlandı və operativ şəkildə həyata keçirildi.

Həmçinin qeyd olunmalıdır ki, olkədə aparılan koronavirusla mübarizə tədbirlərində bir çox digər qurum və təşkilatlarla yanaşı həmkarlar təşkilatları da fəal şəkildə iştirak edirlər. Belə qurumlardan biri də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatıdır. Əlbəttə ki, pandemiya dövründə həmkarlar təşkilatları tərəfindən həyata keçirilən əksər tədbirlər bir qədər fərqli formatda, karantin rejiminin tələblərinə uyğun şəkildə təşkil edilir. Daha çox bu tədbirlər ehtiyacı olan insanlara bu və ya digər şəkildə yardımların göstərilməsində öz əksini tapır. Elə Samir Səttarovun rəhbərlik etdiyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatı da keçən dövr ərzində bir çox üzvlərinə bu kimi yardımlar etmişdir.

Belə ki, İnstitut Həmkarlar Təşkilatı tərəfindən əməkdaşlara bu il Novruz bayramı münasibətilə - 2834,00 manat; Qurban bayramı münasibətilə 838 manat məbləğində yardım verilmişdir. Bundan başqa ötən dövr ərzində 6 nəfər əməkdaşa ümumilikdə 350 manat məbləğində maddi yardım verilib, daha 12 nəfər əməkdaşın yubileyi keçirilib. Həmçinin institutun bir əməkdaşına ailə üzvünün vəfatı münasibətilə, digər bir əməkdaşa isə gözündə əməliyyat keçirilməsi üçün 100 manat məbləğində yardım göstərilib. Birbaşa Covid-19 pandemiyası ilə bağlı pandemiya dövründə institutun 73 nəfər aztəminatlı əməkdaşına ümumilikdə 2050 manat məbləğində ərzaq yardımı paylanılıb. Həyata keçirilən bütün bu tədbirlərə isə ümumilikdə 7150 manat məbləğində vəsait xərslənib.

Bir məqamı da vurğulamaq istərdik ki, hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının fəaliyyətində müşahidə olunan bu aktivliyi bir çoxları məhz quruma rəhbərlik edən Samir Səttarovun şəxsi təəssübkeşliyi və təşəbbüskarlığı ilə də əlaqələndirirlər. Məlumat üçün bildirək ki, Samir Səttarov 2000-ci ildə Bakı Slavyan Universitetinin Slavistika fakültəsini bitirərək, Polyak filologiyası üzrə bakalavr elmi dərəcəsini əldə etmişdir. 2003-cu ildə Bakı Slavyan Universitetinin Regionsunaslıq və Tərcümə fakültəsini bitirib Dilşünaslıq üzrə magistr elmi dərəcəsini (fərqlənmə diplomu ilə) əldə etmişdir. 2005-ci ildə Varşava Universitetinin Şərqi Avropa Tədqiqatları İnstitutunun Mədəniyyətşünaslıq və Politologia fakültəsini bitirib politologiya və mədəniyyətşünaslıq üzrə magistr elmi dərəcəsini əldə etmişdir. 2011-ci ildə Polşa Elmlər Akademiyasının Sosiologiya və Fəlsəfə İnstitutunun doktoranturasını (fərqlənmə diplomu ilə) bitirərək əsas ixtisası sosiologiya, əlavə ixtisası ədəbiyyat fəlsəfəsi olmaqla sosiologiya üzrə ictimai elmlər doktoru elmi dərəcəsini əldə etmişdir. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda işləyir. Təhsil şöbəsinin müdiri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri vəzifəsini icra edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024