Mobil versiya
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti – pandemiya şəraitində qışa hazırlıq işləri xüsusi diqqət tələb edir
Tarix: 21-09-2020 | Saat: 16:39
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti – pandemiya şəraitində qışa hazırlıq işləri xüsusi diqqət tələb edir




Rəfail Mehralıyevin rəhbərlik etdiyi qurumun fəaliyyəti payız-qış mövsümündə də paytaxt sakinlərinin həm rahatlığının, həm də təhlükəsizliyinin təmin edilməsinə yönəldilib


Bu gün ölkəmizdə geniş miqyasda aparılan koronavirusla mübarizə tədbirlərinin ən aktiv iştirakçılarından biri də Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentidir. Bakı şəhərinin bütün rayonlarında Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq bu istiqamətdə intensiv işlər aparılır. Aydındır ki, bu tədbirlərin həyata keçirilməsinə görə Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinin üzərinə xüsusi məsuliyyət düşür. O cümlədən, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, eləcə də paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin əməkdaşları və xüsusi texnikası tərəfindən müvafiq qrafik əsasında mütəmadi olaraq paytaxtın küçə və prospektlərinin xüsusi kimyəvi və yuyucu vasitələrlə dezinfeksiyası və yuyulması işləri həyata keçirilir. Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan 11 400-dən cox yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.

Digər tərəfdən də payız-qış mövsümünün gəlməsilə Rəfail Mehralıyevin rəhbərlik etdiyi bu qurumun işi bir qədər də artır və çətinləşir. Çünki artıq dezinfeksiya tədbirləri ilə yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamenti qışa hazırlıq işlərini də həyata keçirməlidir. Hər zaman olduğu kimi, şəhərin mənzil-kommunal təsərrüfatları tərəfindən qışa hazırlıq işlərinin vaxtında görülməsi böyük əhəmiyyət kəsb edir. Bu gün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin fəaliyyəti də digər sahələrlə yanaşı həm də məhz bu istiqamətə yönəldilmişdir. Bu məqsədlə paytaxtın bütün rayonlarında çoxmənzilli yaşayış binalarının giriş qapıları, blokların və dam örtüklərinin təmiri, ümumi istifadə yerlərinin, blok pəncərələrinin şüşələnməsi, yaşayış binalarında, məktəbəqədər və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında, sosial obyektlərdə istilik sistemlərinin saz vəziyyətə gətirilməsi məsələləri aidiyyəti təşkilatlar tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Qurumun işi ilə bağlı hazırda cərəyan edən prosesləri müşahidə etməklə gəlinən qənaət isə belədir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyev və onun tabeliyində çalışan idarənin əməkdaşları qarşıya qoyulmuş vəzifələrin icrasını yüksək səviyyədə təmin edə bilirlər. Başqa sözlə desək, bu qurum əsas fəaliyyət sahələri olan mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, eləcə də şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaların icrası istiqamətində uğurla və yüksək səmərəliliklə işini davam etdirir.

P.S. Təəssflər olsun ki, bu gün bəzi yerli internet resurslarında Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin fəaliyyətilə bağlı obyektiv informasiya təqdim edən yazılar əvəzinə müxtəlif əsassız iddiaların əks olunduğu materiallara rast gəlirik. Əlbəttə, biz də əminik ki, bu yazılar qurumun fəaliyyətinə heç bir neqativ təsir göstərə bilməyəcək. Bununla belə, yaxşı olardı ki, belə hallara yol verən bizim bəzi həmkarlarımız da öz işlərində ən azından Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kollektivi qədər dürüst və məsuliyyətli olsunlar.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə