Mobil versiya
YAP Laçın rayon təşkilatında yüksək bal toplayan məzunlarla görüş keçirildi
Tarix: 19-09-2020 | Saat: 16:12
Bölmə:Manşet | çapa göndər

YAP Laçın rayon təşkilatında yüksək bal toplayan məzunlarla görüş keçirildi


YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, qəbul imtahanlarında Laçın rayonu üzrə xüsusi fərqlənərək ən yüksək nəticələri əldə edən gənclərimizi , onların valideynlərini təbrik etdi və şəxsi həyatlarında uğurlar arzuladı. İlqar İlaysov, Azərbaycanın təhsil sisteminin inkişafı, Ulu Öndər Heydər Əliyevin təhsilə, elmə, gənclərə verdiyi yüksək dəyər, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsil siyasəti, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində Azərbaycanda əldə olunan uğurlar haqqında gənclərə geniş məlumat verdi. Vurğulandı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil sektorunda önəmli layihələr, proqramlar həyata keçirilmiş, ölkəmizdə yüzlərlə yeni məktəb tikilmiş, mövcud məktəblər əsaslı təmir olunmuş və ən müasir təhsil texnologiyaları və avadanlıqları ilə təchiz olunmuşdur. Dövrümüzdə Azərbaycan gəncliyinin qarşısında duran əsas məqsəd və vəzifələrə xüsusi diqqət çəkən İlqar İlyasov bildirdi ki, gənclərimiz öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə bağlı vətəninə, dövlətinə ləyaqətlə xidmət edən etibarlı vətəndaş olmalıdırlar. Bu məqsədlə gənclərimiz ilk növbədə yaxşı təhsil almalı, xarici dilləri öyrənməli, son texnoloji biliklərə yiyələnməli, daim öz üzərlərində işləməli və yüksəkixtisaslı kadrlar kimi müstəqil dövlətimizin daha da qüdrətlənməsi üçün çalışmalıdırlar. Görüşdə iştirak edən tələbələr ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirərək qeyd etdilər ki, müasir, vətənpərvər və milli-mənəvi dəyərlərinə bağlı olan Azərbaycan gəncliyi müstəqil dövlətimizin gələcək inkişafı üçün öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Sonda ali məktəblərə keçirilən qəbul imtahanlarında Laçın rayonu üzrə yüksək bal toplayan gənclərə müxtəlif hədiyyələr və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının Fəxri Fərmanları təqdim olundu.



AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024