Mobil versiya
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Milli Məclisin komitə və komissiyasının birgə iclasında iştirak edib
Tarix: 17-09-2020 | Saat: 15:52
Bölmə:Manşet / Siyasət | çapa göndər

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev  Milli Məclisin komitə və komissiyasının birgə iclasında  iştirak edib




Sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib. İclasın gündəliyinə Milli Məclisin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ daxil edilmişdi. Layihə 9 maddədən ibarətdir.

Burada ümumi müddəalar, intizam komissiyasının təşkili, səlahiyyətləri, komissiyanın iclaslarının aparılma qaydaları, komissiya üzvlərinin hüquqları və vəzifələri, barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri, müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri, komissiyanın fəaliyyətinin təmin edilməsi və digər məsələlər öz əksini tapmışdır.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev birgə iclasın işində iştirak və çıxış etmiş, Əsasnamə layihəsi barədə öz fikirlərini bildirmiş, təkliflərini vermişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024