Mobil versiya
Qaçqınkom rəhbərliyi "QOÇU"YA göstəriş verir: "JURNASLİSTİ SUSDUR"- VİDEOÇƏKİLİŞDƏ
Tarix: 17-09-2020 | Saat: 14:46
Bölmə:Manşet / Gündəm | çapa göndər

Qaçqınkom rəhbərliyi "QOÇU"YA göstəriş verir: "JURNASLİSTİ SUSDUR"- VİDEOÇƏKİLİŞDƏ



14 avqustda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və müavinləri Pirşağı qəsəbəsindəki Qızılqum sanatoriyasında məskunlaşmış məcburi köçkünləri ziyarət ediblər. Ziyarətin məqsədi qəzalı vəziyyətdə olan binadan şikayətçilərin köçürülməsinə dair məsləhətləşmələrin aparılması olub.

AİA.AZ bildirir ki, bu zaman məcburi köçkünlərə münasibətdə qeyri-etik davranışlar sərgiləyən və verilən suallara cavabında aşkar nəzakətsizliyə yol verən müavinlərdən birinin kənardan videolentə alınması heyəti narahat edib. Və Rövşən Rzayevin özünün də razılığı ilə "kanal13"-ün canlı çəkiliş aparan əməkdaşı Teymur Kərimova qarşı fiziki zor - peşə fəaliyyətinə əngəl tətbiq edilib. Jurnalistin əlindən telefonu alınıb, özünü isə sürüyərək qapalı yerdən çıxarıblar.

Kadrlardan da aydın olur ki, Rövşən Rzayev və ətrafındakılar KİV haqqında qanuna sayğısız davranmaqla, heç bir məsuliyyət hiss etmədən özlərini lap hərbə-zorba aparıblar.

Təəssüf ki, baş verənlər onu deməyə əsas yaradır ki, sabiq deputat - "notariuslar kralı" Rövşən Rzayev həm məcburi köçkünlərin, eləcə də ictimaiyyət nümayəndələrinin özünə olan xoş ümidləri puç edə-edə gedir.

Media nümayəndəsinə qarşı ədəbsiz davranışı birmənalı şəkildə qınayırıq.

Həmin çəkilişdən isə geriyə ancaq üzücü və utancverici kadrlar qalıb...

"Kanal13" internet televiziyası isə Qaçqınkomdan üzr tələb edir.

Joker
aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024