Mobil versiya
Bakıda müəllimin intihar etdiyi müəyyən olunub - YENİLƏNİB - FOTO
Tarix: 17-09-2020 | Saat: 12:31
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bakıda müəllimin intihar etdiyi müəyyən olunub -


27 yaşlı müəllimənin intihar etdiyi bildirilib.

Bu barədəOxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda qeyd olunub ki, İsayeva Naidə Namiq qızı Hövsan qəsəbə sakini olub.

Ötən gün təxminən saat 15:00 radələrindən sonra N.İsayevanın paytaxtın Nərimanov rayonuna gələrək, orada yerləşən hündürmətəbəli binalardan birinin damına çıxıb və intihar edib.

11:57

Bakıda 27 yaşlı müəllimə özünü yaşadığı binanın pəncərəsindən atıb.

Bu barədəOxu.Az-ın sorğusuna cavab olaraq, Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib:

"121 nömrəli tam orta məktəbdən hadisə ilə bağlı verilən məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızı 16 sentyabr tarixində özünü Nərimanov rayonundayaşadığı binadanaşağı atıb.

Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində Naidə İsayeva vəfat edib.

Onu da qeyd edək ki, Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini deyib. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınıb. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Bizdə olan məlumata əsasən, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Bakıda 27 yaşlı müəllimin vəfat etməsi ilə bağlı məlumat paylaşılıb.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024