Mobil versiya
Göygöldə donuzçuluq təsərrüfatı yaradılıb- Nazirliyin bu biabırçı faktdan xəbəri varmi?- VİDEO+FOTO
Tarix: 17-09-2020 | Saat: 12:17
Bölmə:Ölkə | çapa göndər

Göygöldə donuzçuluq təsərrüfatı yaradılıb- Nazirliyin bu biabırçı faktdan xəbəri varmi?-



Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi meşələrin məhv edilməsinə niyə göz yumur?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( ETSN) Meşələrin bərpası üçün yeni əkinçilik sisteminin tələblərinə cavab verən tez böyüyən meşə zolaqlarının layihələndirilməsi və salınmasını meşəçilk üçün əsas prioritetlərdən bir kimi qəbul edib.Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeçiliyində olan meşələr isə bəzi işbazlar tərəfindən dağıdılır. Belə meşələrdən biri də Göygöl rayonun Çaykənd kəndinin və Göy-Göl dövlət təbiət qoruğunun ərazisində yerləşən meşə zolaqlarıdır.Həmin ərazilərdə meşə gözətçisi işləyən Səməndər adlı şəxs iş adamı Zamanla əlbir olaraq böyük donuzçuluq təsərrüfatı yaradıb.



Vəzifəsindən sui-istifadə edən meşəbəyinin təbiətə qarşı bu cür vandal hərəkəti haqqında Göygöl rayon Çaykənd kəndinin bir qrup sakini Dünyanınsəsi.Az saytın elektron poçtuna müraciət edib.Redaksiya olaraq apardığımız araşdırma nəticəsində məlum oldu ki, adıçəkilən işbazlar meşə zolağının dərniliyinə baş vuraraq 10 hektarlarla ərazini daxildən kol-kosla çəpərləyiblər.Amma, qorumaq məqsədi ilə yox.Belə ki,onlar sözügedən ərazidə 500-dən çox donuz saxlayırlar.Hətta həmin ərazinin giriş və çıxışında dəmirdən hazırlanmış qapılarla da rast gəldik.Hələ bu azmış kimi “donuz biznesmenləri” ərazinin mühafizəsinə təlim görmüş çoxlu sayda itlər də cəlb ediblər. “İş adamları” bu itlərin sayəsində əvvəlcədən gələn yad adamları və təhlükəni asanlıqla müyyən edə bilirlər.





Göygöldə meşələrimizin belə “unikal ” üsullarla mühafizə edilməsi məsul şəxslərin onların üzərində nəzarətsizliyindən xəbər verir. Mal-qoyun sürüləri ilə yanaşı donuzçuluq fermasının olması bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman və digər texniki bitkilər) səmərəli istifadəni tamamilə məhv edir desək,yəqin yanılmarıq. Bir sözlə,görünüən dağa bələdçi lazım deyil. Görünür,ETSN-nin rəhbərliyi unudub ki, onların meşəçiliklə bağlı qəbul etdikləri fəaliyyət istiqamətlərindən biri də meşələrin müasir vəziyyətinin öyrənilməsi, inventarizasiya olunması və yeni meşə quruluşu layihələrinin hazırlanmasıdır.

Hər il meşələrin inkişafına və mühafizəsinə dövlət büdcəsindən milyonlarla vəsait xərclənir. Bəs görəsən, nəyə görə şəffaf idarəetmədən ağızdolusu danışan Muxtar Babayev Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyevin fəaliyyətsizliyinə və meşələrdə yaratdığı özbaşınalığa göz yumur?

Onu da qeyd edək ki,Göygöl rayonunun Çaykənd kəndin sakinləri Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin fəaliyyətindən narazıdırlar. Sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşərin İnkişafı Departamentindən sözügedən meşələrin monitorinqinin keçirilməsini tələb edirlər.

Göygöl meşə zolağında donuzçuluq təsərrüfatını özündə əks etdirən videomaterialı təqdim edirik:



“Dünyanınsəsi.Az” yazıda adı yer alan şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırdır



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024