Mobil versiya
Parlamentdə “Nifrət dili haqqında” qanunun qəbul edilməsi ilə bağlı dinləmələr keçiriləcək
Tarix: 17-09-2020 | Saat: 10:30
Bölmə:Siyasət | çapa göndər

Parlamentdə “Nifrət dili haqqında” qanunun qəbul edilməsi ilə bağlı dinləmələr keçiriləcək


Milli Məclisin İnsan hüquqları komitəsinin payız sesiyasının işlər planı məlum olub.

Trend-in məlumatına görtə, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc məlumat verib.

O bildirib ki, 3 yeni qanun layihəsi ilə bağlı müvafiq qurumlarla birgə müzakirələr aparılır: “Nifrət dili haqqında” qanunun qəbul edilməsi ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub. Düşünürəm ki, buna çox ciddi ehtiyac var. “Diaspor fəaliyyətinin tənzimlənməsi haqqında” qanun layihəsinin üzərində iş gedir. Düşünürəm ki, payız sessiyasında bu qanun qəbul ediləcək. Bundan əlavə Vəkillər Kollegiyası ilə birgə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024