Mobil versiya
Astarada maskalı şəxslər evə basqın etdilər: Yaralılar var
Tarix: 17-09-2020 | Saat: 10:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Astarada maskalı şəxslər evə basqın etdilər:


Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.

APA-nın verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin üç üzvü daxil olub. Bunlar, Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir.

Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024