Mobil versiya
Hulusi Akar: Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq
Tarix: 13-08-2020 | Saat: 16:27
Bölmə:Manşet / Gündəm | çapa göndər

Hulusi Akar:



Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Türkiyə-Azərbaycan birgə təlimlərinin iştirakçıları ilə görüşü zamanı deyib.

O, Ermənistanın bir müddət əvvəl Tovuz rayonunda həyata keçirdiyi hücumu şiddətlə pislədiklərini bildirib: “Çox açıq şəkildə bildirmək istəyirəm ki, Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırımı edən, Dağlıq Qarabağı heç bir hüquqi əsası olmadan və qanunsuz şəkildə işğal edən Ermənistana qarşı bütün gücümüzlə, sonadək Azərbaycanın, azərbaycanlı hərbçilərin yanındayıq. Azərbaycan yalnız deyil. Azərbaycanın haqlı mübarizəsinə olan dəstəyimiz bundan sonra da davam edəcək. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024