Mobil versiya
Tramp "TikTok" və "WeChat"a qarşı tədbirlər haqqında fərman imzalayıb
Tarix: 07-08-2020 | Saat: 10:54
Bölmə:Dünya | çapa göndər

Tramp "TikTok" və "WeChat"a qarşı tədbirlər haqqında fərman imzalayıb



ABŞ prezidenti Donald Tramp "TikTok" tətbiqinə qarşı tədbirlər haqqında fərman imzalayıb.

aia.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Fərman ABŞ şirkətlərinə "TikTok" tətbiqinin sahibi olan "ByteDance" şirkəti və onun törəmə müəssisələri ilə hər hansı bir əməliyyatın aparılmasını qadağan edir.

Qadağa fərmanın dərcindən 45 gün sonra qüvvəyə minir.

Bundan əlavə, D.Tramp "WeChat" sosial şəbəkəsinə qarşı tədbirlər haqqında da fərman imzalayıb.

Fərman ABŞ şirkətlərinə "WeChat" sosial şəbəkəsi, onun sahibi olan "Tencent Holdings" şirkəti və onun törəmə müəssisələri ilə hər hansı bir əməliyyatın aparılmasını qadağan edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024