Mobil versiya
“Soydaşlarımıza qarşı baş verən zorakılıq faktları ciddi araşdırılmalıdır” – KÖNÜL NURULLAYEVA
Tarix: 03-08-2020 | Saat: 20:42
Bölmə:Ölkə | çapa göndər

“Soydaşlarımıza qarşı baş verən zorakılıq faktları ciddi araşdırılmalıdır” – KÖNÜL NURULLAYEVA


“Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu bir daha təsdiqləyir”.

Bunu Hurriyyet.org-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva Naxçıvanda Türkiyə-Azərbaycan ordusunun birgə hərbi təlimlərindən danışarkən bildirib. O, Türkiyə ilə il ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirildiyini deyib:

“Ümumiyyətlə, Azərbaycanla strateji tərəfdaşları arasında müdafiə sahəsində əməkdaşlığın əsas prioritetləri sırasında tərəflərin maraqlarının bütün platformalarda qarşılıqlı müdafiəsi, təhlükəsizliklə əlaqədar ortaya çıxan potensial təhdidləri müəyyən etmək, onlara qarşı mübarizə aparmaq üçün birgə fəaliyyət, dünyada və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına birgə töhfə vermək, eyni zamanda birgə hərbi təlimlər keçirmək kimi vacib istiqamətlər yer alıb. Bu mənada reallaşması nəzərdə tutulan növbəti ortaq hərbi təlimlər də iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf göstəricisi kimi dəyərləndirilməlidir. Bu cür təlimlər mütəmadi olaraq keçirilir. Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu bir daha təsdiqləyir. Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir”.

Millət vəkili, xaricdə soydaşlarımıza qarşı baş verən zorakılıq faktlarının həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılaraq, konkret tədbirlər görülməli olduğunu qeyd edib: “Ermənilərin vandal və terrorçu hərəkətləri mütləq şəkildə insidentin baş verdiyi Qərb dövlətləri tərəfindən kəskin şəkildə pislənməli, soydaşlarımıza qarşı zorakılıq faktları həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılaraq, konkret tədbirlər görülməlidir. Yalnız bu halda erməni təxribatlarının qismən də olsa qarşısını almaq mümkündür. Əks halda, yəni cəzasızlıq mühiti erməni radikal qrupların daha da fəallaşması ilə çox təhlükəli presedentlərin yaranmasına səbəb ola bilər”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024