Mobil versiya
Mollalar kanalına beton üzlüyün çəkilməsi başa çatdırılıb
Tarix: 03-08-2020 | Saat: 18:06
Bölmə:Ölkə | çapa göndər

Mollalar kanalına beton üzlüyün çəkilməsi başa çatdırılıb


Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətdə tədbirlər davam etdirilir.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tərtər rayon suvarma sistemləri idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun 29 min 133 hektar əkin sahəsi Yuxarı Qarabağ kanalı üzərində qurulmuş nasos stansiyaları, Tərtər çayı, İncəçay və subartezian quyuları vasitəsilə suvarılır. İdarənin balansında 626,8 kilometr uzunluğunda suvarma kanalları var.

Suvarma zamanı su itkisinin qarşısının alınması məqsədilə Mollalar kanalına beton üzlüyün çəkilməsi başa çatdırılıb. Uzunluğu 6 kilometr olan kanalın əvvəlki illərdə 4 kilometr hissəsi, 2020-ci ildə isə 2 kilometr hissəsi betonla üzlənib. Suvarma kanalı vasitəsilə Düyərli, Sarıcalı, Mollalar, İsmayılbəyli, Qaynaq, Azad Qaraqoyunlu, Küçərli kəndlərində 3500 hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq. Bundan başqa əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2020-ci ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə 240 min kubmetr kanallarda lildən təmizləmə işləri görülüb, 11 ədəd hidrotexniki qurğu təmir edilib. Daşarx beton kanalında cari təmir işləri aparılıb.

Tərtər rayonunda əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksəlib. Hazırda rayonda pambıq, şəkər çuğunduru, günəbaxan, yonca, təkrar qarğıdalı, bostan-tərəvəz sahələrinin, meyvə bağlarının və həyətyanı sahələrin suvarılması davam etdirilir

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024