Mobil versiya
"Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır"
Tarix: 03-08-2020 | Saat: 17:45
Bölmə:Manşet / Ölkə | çapa göndər

"Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır"



Dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalara getdikcə alovlanmalar baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur. Bəzi ölkələrdə yenidən sərhədlər bağlanır.

AIA.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyət nəzarətdə saxlanılır və müsbət dinamika müşahidə olunur. Ölkəmizdə olan müsbət dinamikasının saxlanılması üçün fərdi və ictimai məsuliyyətin saxlanılması vacibdir:

"Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq".

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024