Mobil versiya
“iPhone 12”nin təqdimatı bu il gecikəcək
Tarix: 01-08-2020 | Saat: 12:53
Bölmə:Manşet / Dünya | çapa göndər

“iPhone 12”nin təqdimatı bu il gecikəcək


Hər il sentyabr ayında yeni "İphone" modellərini təqdim edən "Apple" şirkəti bu ilki təqdimatın gecikəcəyini açıqlayıb.

AİA.Az xəbər verir ki, bu barədə “Apple” şirkətinin maliyyə direktoru Luka Mestri açıqlama verib. O, bu ilki təqdimat sentyabr ayında baş tutmayacağını bildirsə də təqdimatın dəqiq tarixi barədə açıqlama verməyib.

Həmçinin şirkətdən bütün yeni "iPhone"-ların təxirə salınacağına və ya yalnız müəyyən modellərin təxirə salınacağına dair də heç bir açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl də "iPhone X" və "iPhone 8" modellərinin təqdimatı da 2017-ci ilin sentyabr ayına elan edilsə də, istehsal problemləri səbəbindən noyabr ayına qədər gecikmişdi.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024