Mobil versiya
Azərbaycan xalqına akademik Vaqif Abbasovun müraciəti
Tarix: 16-07-2020 | Saat: 10:10
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan xalqına akademik Vaqif Abbasovun müraciəti






Mənim əziz xalqım!

Bu gün dünyanı bürüyən pandemiya dövrü bəşəriyyət və ayrı-ayrı dövlətlər üçün ciddi sınaqlar dövrüdür. Sənin yaratdığın dövlət bu sınaq dövründə dəqiq, vaxtında görülmüş tədbirlər sayəsində ölkə əhalisini ağır fəsadlardan qoruya bildi, insan itkimiz qonşu dövlətlərə və bir çox aparıcı dövlətlərə nisbətən azdır.

Həkimlərimiz və polislərimiz hər gün həyatlarını riskə ataraq bizim sağlamlığımızın və rahatlığımızın qayğısına qalırlar.

Eyni zamanda qüdrətli ordumuz Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə daha da güclənib, Cənubi Qafqazın ən güclü ordusuna çevrilib və düşmən ilə təmas xəttində ərazilərimizi rəşadətlə qoruyur. Düşmən uğurlarımızı gördükcə dəli olur, vahimələnir, ağlını itirərək təxribatlara əl atır.
Bu günlərdə Tovuz rayonunda təmas xəttində təxribat törədən düşmən rəşadətli ordumuz tərəfindən layiqli dərsini alıb. Vətən uğrunda dörd hərbiçimiz şəhid oldu. Amma onların qanı yerdə qalmadı. Düşmənin hərbi sursat və texnikası, onlarla hərbiçisi məhv edildi. Biz qüdrətli ordumuz ilə fəxr etməliyik. Soyuqda istidə, yağışda, qarda səngərlərdə düşmən ilə üzbəüz duran qəhrəman hərbiçəlrimizə mənəvi və psixoloji dəstək hər birimizin borcudur. Mənbəyi bilinməyən, təxribat xarakterli məlumatlara inanmaq və onları sosial şəbəkələrdə yaymaq təkcə ordumuz üçün yox, sənin özün üçün və qurduğun dövlətin üçün təhlükəlidir. Düşmənin dəyirmanına su tökmək deməkdir.

Mənim əziz xalqım!

Dövlətimizin çox hörmətli prezidenti İlham Əliyev cənabları və onun yaratdığı idarəçilik sistemi sənin üçün yaxşı nə varsa edir. Odur ki, sənin müdrikliyinə inanaraq, səni ürəkdən sevən oğlun olaraq müraciət edirəm:

1. Torpaqlarımızı qeyrətlə-şərəflə qoruyan və sənin öz övladların olan hərbiçi oğullarımıza dəstək ol, onları ruhlandır, onların zəfərlərini təbliğ et, yalanlara və şaiyələrə uyma;

2. Sənin sağlamlığın uğurunda öz həyatları bahasına “savaş edən” həkimlərimizə qarşı sənin hər bir üzvünün diqqətli və qayğıkeş münasibətini təmin et;

3. Fədakarlıqla isti yay günlərində ən ağır şəraitdə sənin asayişin və indiki dövrdə sağlamlığının qorunması üçün çalışan polislərimizin ağır əməyinə layiqli dəyəri ver, onlara qayğını və diqqətini əsirgəmə.

Babalarımızdan əmanət olan dövlətimizi gələcək nəsillərə layiqli səviyyədə qoruyub saxlamaq üçün biz bir olmalıyıq. Bizi istəməyənlər, torpaqlarımıza iddialı olanlar və onların güclü havadarları var. Dövlət xalq birliyi olmadan görünən və görünməyən təhlükəli qüvvələrə qarşı mübarizə çox çətindir.
Sən hər zaman ən çətin anlarda öz müdrikliyini göstərmisən. Bu gündə çətin zamandır. Öz müdrikliyini göstərib dövlətinə dəstək olmaq vaxtıdır. Hər zaman olduğu kimi səni canından çox sevən oğlun olaraq sənin müdrikliyinə inanıram, Allaha inandığım qədər!
Var olsun mənim müdrik xalqım və onun qüdrətli Azərbaycan dövləti!

Sənə sevgisi sonsuz olan oğlun
akademik Vaqif Məhərrəm oğlu Abbasov


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024