Mobil versiya
Seymur Orucov rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri və mobil təbliğat qrupları ilə onlayn iclas keçirib
Tarix: 15-07-2020 | Saat: 22:19
Bölmə:Gündəm | çapa göndər

Seymur Orucov rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri və mobil təbliğat qrupları ilə onlayn iclas keçirib


Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayon ərazisində COVİD-19 pandemiyasına qarşı görülən tədbirlərin icra vəziyyətinə dair növbəti onlayn iclasını keçirib. İcra başçısı öncə son bir neçə gündə Tovuz istiqamətində Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən, gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin göstərdiyi sücayətdən söz açıb və şəhidlərimizə Allahdan rəhmət diləyib.

Seymur Orucov bəzi yerli nümayəndələrə sərt iradlarını bildirərək üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmələrini tələb etdi. Operativ Qərargahın tələblərinə uyğun olaraq yerlərdə yas mərasimlərinin, eləcə də digər kütləvi tədbirlərə nəzarətə bir başa məsuliyyət daşıdıqlarını diqqətə çatdırdı. İcra başçısı həmçinin mobil qruplara fəaliyyətlərinin daha da səylə davam etdirmək tapşırığını verdi. Yaşayış məntəqələrindəki fəaliyyət göstərən bərbərxanalar, gözəllik salonları, ictimai-iaşə obyektləri, bir sözlə əhalinin daha çox istifadə etdiyi və toplandığı məkanlarda tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi, digər gigiyenik tələblərə əməl olunmasına dair təbliğat işlərinin gücləndirilməsini tələb etdi. Geniş müzakirələr əsnasında keçən iclasda, rayonun bütün yaşayış məntəqələrində infeksiya ilə mübarizədə yaşanan istənilən problemləri dərhal Rayon İcra Hakimiyyətinin diqqətinə çatdırılması tapşırığı verildi.







AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024