Mobil versiya
Fransa Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmaları pisləyir
Tarix: 15-07-2020 | Saat: 20:59
Bölmə:Dünya | çapa göndər

Fransa Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmaları pisləyir



Fransa Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmaları pisləyir, hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə və dialoqu bərpa etməyə çağırır. AİA.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in nümayəndəsinin bəyanatında qeyd olunub.

“Fransa bazar günündən etibarən Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verən və bir neçə nəfərin ölümünə səbəb olan silahlı toqquşmaları pisləyir. O, hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə və eskalasiyanın qarşısını almaq üçün dialoqa başlamağa çağırır”, - bəyanatda deyilir.

Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağda münaqişənin beynəlxalq hüquqa uyğun həllinə sadiqliyini təsdiq edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024