Mobil versiya
Tural Gəncəliyev: Düşmən anlamalıdır ki, bu mübarizədə məğlub tərəf məhz özü olacaq
Tarix: 15-07-2020 | Saat: 17:35
Bölmə:Siyasət | çapa göndər

Tural Gəncəliyev:



Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan tərəfinin təxribatlarına ordumuzun verdiyi sarsıdıcı cavab xalqımızın yüksək döyüş ruhunun təzahürü idi. Düşmən anlamalıdır ki, qəhrəman Azərbaycan xalqı işğal altındakı torpaqları hər an azad etmək əzmindədir və bu mübarizədə məğlub tərəf Ermənistan olacaq.

Bunu Trend-ə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycan - Ermənistan sərhədinində baş verən hadisələri şərh edərkən deyib.

T.Gəncəliyev bildirib ki, baş verən ağır döyüşlər Azərbaycan Ordusunun nə qədər nizam-intizamlı olmağı ilə yanaşı, həm də yüksək rütbəli hərbiçilərin əsgərlərlə bir səngərdə olduğunu göstərdi:

"Mən şəhid olmuş general-mayor Polad Həşimov, onunla bərabər şəhid olmuş zabit və əsgərlərmizə Allahdan rəhmət diləyirəm. Bildirirəm ki, şəhidlərimizin qanı yedə qalmayacaq. Müdafiə Nazirliyi operativ olaraq həyata keçirilən hərbi əməliyyatların, düşmənə endirilən zərbələrin görüntülərini yaydı. Bu görüntülər ordumuzun maddi-texniki bazasının möhkəmliyini və peşəkarlığının yüksək səviyyədə olduğunu göstərirdi. Ermənistan hərbiçiləri isə mülki insanlara, evlərə atəş açdı. Bir mülkü vətəndaşımız Tovuzun Ağdam kəndinin 76 yaşlı sakini Əzizov Əziz İzzət oğlu düşmən gülləsindən həyatını itirdi. Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız insanları qətlə yetirmək erməni faşizminin əyani təzahürüdür. Ermənistan hər zaman olduğu kimi yenədə özünü terrorçu dövlət kimi aparır”.

T.Gəncəliyev xalqımızın həmrəylik hisslərindən də danışıb: “Ölkəmizin əksər bölgələrində ordumuza dəstək aksiyaları keçirildi. Bu aksiyalarda iştirak edə bilməyən insanlar sosial şəbəkələr də ordumuza yüksək ehtiramlarını bəyan etdilər. Böyük qürur hissi ilə qeyd etməliyik ki, siyasi baxışlarından, sosial statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandan, Prezident İlham Əliyev və ordumuzla öz həmrəyliyini nümayiş etdirdi. Gənclərimiz təkcə aksiyalarla kifayətlənməyib döyüşlərin getdiyi Tovuzun Ağdam kəndinə, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə üz tutaraq döyüşə getmək istədiklərini bildirdilər. Bütün bunlar xalqımızın yüksək döyüş ruhundan xəbər verir”.

T.Gəncəliyev bu aksiyaların sonunda bir qrup insanın Milli Məclis binasına daxil olaraq binaya zərər vurmasına təəssüfləndiyini bildirib.

Milli Məclisin üzvü qeyd edib ki, Tovuz rayonunda baş verən erməni təxribatı Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları çərçivəsində Ermənistanın qeyri-konsturiktiv mövqeyini bir daha dünyaya nümayiş etdirdi: “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq 12 iyul tarixində bayanat verərək bildirdik ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmir. Dövlət sərhəsində törədilmiş bu təxribat göstərir ki, Ermənistan yeni münaqişə ocağı yaratmaqla diqqəti Qarabağ münaqişəsindən və işğal faktından yayındırmaq istəyir”.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri bu günlər ərzində Ermənistanda yaşanan hadislərə də aydınlıq gətirib:

“Bu günlər ərzində təbii ki, Ermənistanın daxilində baş verənləri, sosoial şəbəkələrdə yazılan fikirləri yaxından izləməyə çalışdıq. Ən diqqət çəkən məqam Azərbaycan Ordusunun endirdiyi cavab zərbələrindən qorxuya düşən yüksək rütbəli hərbiçilərin döyüş meydanını tərk edib qaçmaları idi. Bunun qarşısını almaq üçün Ermənistan mülki polisi ilə yanaşı, hərbi polis də postlar qursalar da fərarilik hallarının qarşısını ala bilmirdilər. Ermənistanın sosial şəbəkələrində ən çox vurğulanan ikinci məsələ Yerevanın döyüşdə verdiyi itkilərin sayı ilə bağlı idi. Birmənalı olaraq qeyd edilirdi ki, Ermənistan hər zaman olduğu kimi, bu dəfə də itkilərin dəqiq sayını açıqlamaqdan qorxur. Üçüncü vacib məsələ isə Ermənistanda ümumiyyətlə xalq, ordu və hakimiyyət həmrəyliyinin olmaması idi. Bu günlər ərzində Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr zamanı Paşinyan hakimiyyəti güclü tənqidlərə məruz qaldı və hələ də qalmaqda davam edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024