Mobil versiya
BQXK mülki şəxslərin təhlükəsizliyinə görə narahatdır və neytral vasitəçi qismində çıxış etməyə hazırdır
Tarix: 14-07-2020 | Saat: 17:02
Bölmə:Siyasət | çapa göndər

BQXK mülki şəxslərin təhlükəsizliyinə görə narahatdır və neytral vasitəçi qismində çıxış etməyə hazırdır


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca 12 iyul 2020-ci il tarixindən etibarən intensivləşmiş və barəsində məlumat verilmiş hərbi fəaliyyətlərin humanitar fəsadlarına görə narahatdır.

BQXK-dən aia.az-a bildirilib ki, hərbi fəaliyyət həmin ərazilərdə yaşayan mülki əhali üçün əlavə risklər yaradır və onların dolanışıq vasitələrinə çıxış imkanına təsir göstərir. BQXK münaqişə tərəfləri ilə öz narahatlıqlarını ikitərəfli qaydada bölüşür, eləcə də, mülki şəxsləri hərbi əməliyyatlarda bilavasitə iştirak edən şəxslərdən hər bir zaman fərqləndirmək öhdəliklərini xatırladır.

"Biz, tərəfləri beynəlxalq humanitar hüququn əsas qaydalarına hörmət etməyə və hərbi əməliyyatların aparılması zamanı mülki şəxslərin həyatı və evlərini, məktəb binaları və səhiyyə müəssisələri kimi mülki infrastrukturu qorumaq və onlara hörmətlə yanaşmaq üçün bütün zəruri ehtiyat tədbirlərini görməyə çağırırıq” – BQXK-nın region üzrə əməliyyatlarının direktoru cənab Martin Syup deyir: "Biz tərəflər arasında neytral vasitəçi qismində çıxış etməyə və hərbi əməliyyatların son kəskinləşməsinin təsirinə məruz qalanlara yardım göstərməyə hazırıq”.

BQXK regionda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir. BQXK, Bakı və Yerevandakı nümayəndəlikləri vasitəsilə Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca yerləşən icmalara dəstək göstərir. Bundan əlavə, itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq və onların ailələrinə kömək etmək üçün çalışır, azadlıqdan məhrum edilmiş şəxslərə baş çəkir, azad edilmiş şəxslərin repatriasiyası əməliyyatlarına şərait yaratmaq üçün neytral vasitəçi qismində çıxış edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024