Mobil versiya
Vaqif Dərgahlı: Əməliyyat şəraiti tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır
Tarix: 14-07-2020 | Saat: 14:22
Bölmə:Gündəm | çapa göndər

Vaqif Dərgahlı:


Hazırda Tovuz istiqamətində şiddədli döyüşlər davam edir. Ordumuzun verdiyi cavablar nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib.

V.Dərgahlı bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər davam edir. O qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanın yaşayış ərazilərini atəşdə saxlamağa çalışır.

V.Dərgahlı qeyd edib ki, əməliyyat şəraiti tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024