Mobil versiya
Qüdrətli Ordumuz mətinliklə torpaqlarımızı qoruyur!
Tarix: 13-07-2020 | Saat: 16:10
Bölmə:Gündəm | çapa göndər

Qüdrətli Ordumuz mətinliklə torpaqlarımızı qoruyur!


Laçınlılar Dövlətimizə , Ordumuza qarşı təxribatçı çagrış edənlərə etiraz edir.



Zeynal Zeynalov: Tovuzda Təmas xəttində Erməni silahlı qüvvələri atəşkəsi pozdu. 3 hərbi qulluqçumuz şəhid oldu, bir neçəsi yaralandı , ancaq Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Düşmənin xeyli canlı qüvvəsi məhv edilib. Xalqımız dövlətimizlə , ordumuzla Ali baş komandanımıza həmrəyliyin bildirir.
Amma təəsüflər olsun ki, Rəhim Qazıyev kimi satqınlar, 1990 - cı illərin əvvəllərində oldugu kimi fitnəkarlıgından əl çəkmir, yalan məlumatlar yayırlar yenədə. Mən Laçınlı Ehtiyatta olan 2 ci qrup hərbiçi kimi xalqımı bir olmaga çagrıram və tam əminəki İnşAllah biz öz torpaxlarımızı Ali baş komandanımızın əmri ilə azad edəcəyik

Məhəmməd Manafov: Tovuzda Təmas xəttində Erməni silahlı qüvvələri atəşkəsi pozaraq məkrli niyyətlərini həyata keçirmək istədilər. 3 hərbi qulluqçumuz şəhid oldu, bir neçəsi yaralandı , ancaq qüdrətli Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Düşmənin 30-dan artıq canlı qüvvəsi məhv edilib. Xalqımız dövlətimizlə , ordumuzla həmrəyliyin bildirir.

Amma təəsüflər olsun ki, Rəhim Qazıyev kimi sapı özümüzdən olan baltalar, 1990 - cı illərin əvvəllərində oldugu kimi fitnəkarlıgından əl çəkmir, yalan məlumatlar yayaraq ictimai fikirdə çaşqınlıq yaratmaga cəhd edir.

Bu daxildəki fitnəkar düşmən Şuşanın , Laçının işgalında əli olan xain keçmişini unudubmu?

Bu faktı da unudubmu ki, Laçın işgal ediləndə ov tüfənginə sarılıb torpagını qoruyan yurddaşlarına xəyanət edən Müdafiə Naziri Rəhim Qazıyevi əsgərlətəri gizlincə tabutun içində Qubadlı tərəfdən qaçırdılar. Ar olsun Rəhim Qazıyev kimi hoqaabazlara.Bunun kimi satqınlıq etmişlər utanmadan bu gün çıxıb nəsə danışırlar. Biz Laçınlıların Şuşalıların, Qarabaglıların heysiyyatı ilə oynadıgın bəsdir. Sənin iyrən simanı xalq yaxşı tanıyır.
Bizim qüdrətli ordumuz, qəhrəman xalqımızın birliyi ilə torpaqlarımızı azad edəcəyik.
Rəhim kimi satqınlar inanırıq ki, layiqli cazasın alacaqlar.



Laçınlı döyüşçü: Rəhim Qazıyev təxribatçı əməllərindən əl çəksin!








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə