Mobil versiya
Könül Nurullayeva: “Beynəlxalq ictimaiyyət işğalçı və təxribatçı Ermənistana öz yerini göstərməlidir”
Tarix: 13-07-2020 | Saat: 12:26
Bölmə:Gündəm | çapa göndər

Könül Nurullayeva: “Beynəlxalq ictimaiyyət işğalçı və təxribatçı Ermənistana öz yerini göstərməlidir”


"Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutması, yeni ərazilər əldə etmək cəhdi işğalçının növbəti təxribatıdır". Bunu musavat.com-a açıqlamasında millət vəkili Könül Nurullayeva deyib. O qeyd edib ki, Ermənistan bu davranışlarla məhz üzv olduğu hərbi-siyasi təşkilatları öz təxribat planlarına cəlb etməyə çalışır: "Bununla regionun təhlükəsizliyinə təhdid yaradan işğal siyasətinin məsuliyyətindən boyun qaçırmağa can atır. Halbuki Ermənistanın bu təxribatları ilk növbədə təmsil olunduğu beynəlxalq qurumların hüquqi sənədləri ilə ziddiyyət təşkil edir.

Təbii ki, düşmənin bu dəfəki ərazi əldə etmək cəhdi də Azərbaycan silahlı qüvvələrinin çevik cavabı sayəsində boşa çıxıb. Təəssüf ki, Azərbaycan ordusu 4 şəhid verib, Allahdan şəhidlərimizə rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirəm.

Ümumiyyətlə, təcavüzkar ölkə tərəfindən dövlət sərhədinin hərbiləşdirilməsi və mülki insanların hədəfə alınması halları intensiv xarakter daşıyır. Bu vaxta qədər onlarla mülki şəxs erməni snayperinin qurbanı olub. Bu, ilk növbədə beynəlxalq ictimaiyyəti narahat etməlidir. Amma təəssüf ki, beynəlxalq ictimaiyyətin bu məsələyə qeyri-adekvat reaksiyası erməni təxribatlarının davamlılığı ilə müşahidə olunmaqdadır.

Bu dəfəki təxribatın pandemiya dövrünə təsadüf etməsi isə onu deməyə əsas verir ki, ölkədəki daxili-siyasi gərginliyin artdığı bir vaxtda rəsmi Yerevan diqqəti sosial problemlərdən yayındırmağa çalışır. Çünki, bu, Ermənistan rəhbərliyinin dəyişməz taktikasıdır. Özünü demokrat hesab edən, lakin artıq ölkəsində də diktator kimi qəbul edilən Paşinyan Sarkisyan rejiminin ənənəvi idarəçilik metodlarını təkrarlayır, mütəmadi olaraq daxili auditoriyanın diqqətini başqa səmtə yönəldir. Digər tərəfdən, bu təxribat xarakterli addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə də təsir edir. Açıq görünür ki, ciddi cəhdlə “status-kvo”nun saxlanmasına can atan işğalçı ölkə danışıqlar prosesini bu və ya digər şəkildə pozmağa çalışır. Bunu əslində separatçı Dağlıq Qarabağ rejiminin üçüncü tərəf kimi danışıqlar prosesinə qoşulmasına dair destruktiv cəhdlərin davamı kimi də dəyərləndirmək olar. Bu, həm də Nikol Paşinyanın BMT baş katibinin pandemiya ilə bağlı qlobal atəşkəs təşəbbüsünü guya dəstəkləməsinin erməni baş nazirin növbəti imitasiyası olduğunu təsdiqləyir. Mövcud vəziyyət beynəlxalq ictimaiyyətdən, xüsusilə də ATƏT-in Minsk Qrupundan Ermənistana öz yerini göstərməyi tələb edir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024