Mobil versiya
Tramp ilk dəfə maska taxdı
Tarix: 12-07-2020 | Saat: 11:19
Bölmə:Dünya | çapa göndər

Tramp ilk dəfə maska taxdı



ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası dövründə ilk dəfə tibbi maskada görünüb.

AİA.Az APA-ya istinadən bildirir ki, amerikalı dövlət başçısı Vaşinqtonun kənarında yerləşən, döyüş bölgəsində yaralanan hərbçilərin də müalicə olunduğu "Walter Reed" xəstəxanasına baş çəkib.

Tramp tünd mavi rəngli maskadan istifadə edib. Maskanın yan tərəfində qızılı rəngdə prezident möhürü olub.

"Düşünürəm ki, maska ​​taxmaq əladır. Mən heç vaxt maskalara qarşı olmamışam. Ancaq hər şeyin vaxtı və yeri var", - Tramp jurnalistlərlə söhbətində bildirib.

Qeyd edək ki, Tramp buna qədər ictimai yerlərdə maskadan istifadə etməyib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə