Mobil versiya
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı hüquq mühafizə orqanları ilə birlikdə reyd keçirib
Tarix: 10-07-2020 | Saat: 20:44
Bölmə:Ölkə | çapa göndər

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı hüquq mühafizə orqanları ilə birlikdə reyd keçirib





İyunun 10-da rayon İcra Hakimiyyətinin başçısı hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ölkədə davam edən karantin rejimi ilə əlaqədar koronavirus infeksiyasının qarşısının alınması üçün şəhər ərazisində ictimai iaşə, ticarət obyektlərində reyd keçirib.
Şəhərin Natəvan, Nizami və Atatürk küçələrindəki yerləşən marketlərdə reyd zamanı satıcı və alıcılarla maarifləndirici söhbətlər aparılıb, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyyə olunub və karantin qaylarına əməl etməyənlər barədə ciddi tədbirlər görüldüyü onların nəzərinə çatdırılıb.
Reyd zamanı karantin qaydalarını pozan ticarət obyektinin rəhbəri və qoruyucu maskadan istifadə etməyən 2 vətəndaş barədə inzibati protokol tərtib edilərək cərimə olunmuşlar.
Həmçinin şəhərin Ziya Bünyadov küçəsində yas mərasimin təşkil olunmasının qarşısı alınıb və mərasimdə iştirak etmək istəyən digər vətəndaşlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024