Mobil versiya
XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov saxlanılıb
Tarix: 10-07-2020 | Saat: 17:04
Bölmə:Siyasət | çapa göndər

XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov saxlanılıb


Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov saxlanılıb.

Trend-in məlumatına görə, Faiq Bağırov barəsində Səbail rayon Məhkəməsinə təqdimat daxil olub. Təqdimata hakim Şahin Abdullayev baxacaq. F. Bağırov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinir.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətin Xarici İşlər Nazirliyində əməliyyat keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024