Mobil versiya
İsmayıllıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb
Tarix: 10-07-2020 | Saat: 16:53
Bölmə:Ölkə | çapa göndər

İsmayıllıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları İsmayıllıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlayıb.

Agentlikdən aia.az-a verilən məlumata görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə İsmayıllı şəhərində qanunsuz heyvan kəsiminə qarşı reyd keçirilib.

Reyd zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb. Həmin obyektlərin sahiblərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri barədə göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində istifadə olunan dəmir konstruksiyalı qurğular yerli icra orqanının əməkdaşları tərəfindən ləğv edilib:

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024