Mobil versiya
Hacıqabulda xüsusi karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə reydlər davam etdirilir - FOTOLAR
Tarix: 10-07-2020 | Saat: 12:04
Bölmə:Ölkə | çapa göndər

Hacıqabulda xüsusi karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə reydlər davam etdirilir




Koronovirus (COVİD-19) infeksiyasının Hacıqabul rayonu ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində qarşıya qoyulmuş tələb və tapşırıqlara uyğun olaraq iyul ayının 9-da Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri sanitar-epidemioloji qaydalara riayət edilməsini yerində yoxlamaq üçün Hacıqabul şəhəri ərazisində bir sıra ticarət və iaşə obyektlərində reydlər keçirib.

Reyd zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq, onlara sanitar rejimin tələbləri izah edilib. Sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən ictimai iaşə obyektlərində nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı sosial məsafəsini saxlamaları, bütövlükdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi dövrü üçün müəyyən etdiyi qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.
İşində nöqsan aşkar edilən bir iaşə obyekti sahibinə inzibati protokol yazılmış və üç ticarət obyekti sahibinə şifahi xəbərdarlıq edilib.

Qoruyucu vasitələrdən (maskadan) istifadə etməyən beş vətəndaş barəsində inzibati protokol tərtib edilib..

aia.az






Mobil qruplar tərəfindən yas mərasimlərin təşkili ilə bağlı sakinlər arasında maarifləndirici söhbətlər aparılıb

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024