Mobil versiya
Nizami rayonunda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir
Tarix: 10-07-2020 | Saat: 11:10
Bölmə:Gündəm | çapa göndər

Nizami rayonunda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir


09 iyul 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah üzvləri ilə birgə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı növbəti reydlər keçiriblər.
Reydlər zamanı ərzaq mağazalarında, fəaliyyətinə icazə verilən ticarət və xidmət obyektlərində, eləcə də apteklərdə sanitar-gigiyenik qaydalara ciddi əməl olunması, sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə edilməsi barədə bir daha xəbərdarlıq edilib, tətbiq olunan tələblərə riayət etməyən obyekt sahibləri barədə qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilib.
Eyni zamanda, Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar tərəfindən də rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tələb və tövsiyələrin icrasına nəzarət məqsədilə reydlər aparılıb, əhali arasında maarifləndirmə işləri həyata keçirilib.
Qeyd edək ki, rayon ərazisində reydlər gündəlik olaraq aparılır













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024