Mobil versiya
“Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək” — Deputat
Tarix: 08-07-2020 | Saat: 13:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək” —


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Bunu Azərbaycan Prezidenti beynəlxalq tribunalardan, qlobal platformalardan hər zaman bəyan edib. Həm Ermənistan, həm də beynəlxalq vasitəçilər dərk etməlidir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək.

aia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi aydın və prinsipialdır:

"Ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən mövqeyi imkan verir ki, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda daha konkret ifadələr işlədir, qərarlar, qətnamələr qəbul edirlər. Bu da münaqişənin həlli ilə bağlı hüquqi bazanın möhkəmlənməsinə xidmət edir. Yaranmış vəziyyət Ermənistanda təşvişlə müşahidə olunur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, məhz Münhen Təhlükəsizlik Konfransında dövlət başçımızın məlum çıxışından sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Bu faktların fonunda bir məsələ də diqqət çəkir- Vasitəçilərin Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” iddiasına hələ də reaksiya verməməsi. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, əslində Paşinyanın bu sayıqlaması Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir.

Məlumdur ki, Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişməyə cəhd göstərir. Separatçılıq mahiyyətindən əl çəkməyərək, prosesə qondarma Dağlıq Qarabağın qondarma nümayəndələrini də cəlb etmək istəyir. Lakin həmsədrlər işğalçının bu separatçı mövqeyini tənqid etməkdən, ona təzyiq göstərməkdən çəkinir. Halbuki məhz vasitəçilər tərəfindən buna adekvat cavab verilməlidir. Rəsmi Bakı haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir.

Vasitəçilər də yaxşı görür ki, Azərbaycan danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətinə istinad edir. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır” ifadəsi isə danışıqların mahiyyəti ilə ziddiyyət təşkil edir. Bu, açıq şəkildə danışıqların formatını dəyişmək cəhdidir.

Paralel olaraq, separatçı Dağlıq Qarabağda seçki şousu keçirilir, saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Ermənistanın bu təxribatçı davranışına seyrçi mövqedə qalmaqla işğalçının arxayınlaşaraq daha böyük təhlükəyə çevrilməsinə zəmin yaradırlar. Əslində, məhz bu təxribatçı addımlarla bağlı Ermənistana xəbərdarlıq olunmalı, işğalçı bu təxribatına görə cavabdehlik daşıdığını dərk etməlidir.

Cənab Prezidentin də qeyd etdiyi kimi, ATƏT MQ həmsədrlərinin bəyanatında əsas tezis odur ki, hərb variantı mümkün deyil. Amma unudurlar ki, BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququ təsbit olunub.

Bu gün Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Son 10 il ərzində Ermənistan Suriyadan və digər yerlərdən gətirdikləri erməniləri işğal altındakı ərazilərimizdə zorla yerləşdirir. Paralel olaraq məqsədli şəkildə Azərbaycan şəhərlərinin tarixi adları dəyişdirilir. Amma bu saxtakar əməllərə reaksiya yoxdur. Belə olan halda təbii ki, işğalçının təxribatçı davranışları intensiv xarakter alır. Nəticə etibarı ilə danışıqlarda durğunluq müşahidə olunur, son vaxtlar münaqişə tərəfləri arasında keçirilən videokonfranslar danışıq xatirinə danışığı xatırladır. Amma Azərbaycan Prezidenti dəfələrlə bəyan edib, rəsmi Bakı danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. Danışıqlar masasında təcavüzkarla işğala məruz qalan arasında fərq qoyulmalı, bu dialoq “status-kvo”nun dəyişdirilməsinə xidmət etməklə münaqişənin həllində pozitiv dinamika yaratmalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024