Mobil versiya
Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb
Tarix: 07-07-2020 | Saat: 09:51
Bölmə:Dünya | çapa göndər

Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb


2020-ci yanvar-iyun aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz azalaraq 922,97 milyon dollara bərabər olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.

İyun ayında Türkiyə 167,356 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin iyunu ilə müqayisədə 19,4 faiz azdır.

İyun ayında müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.

Son 12 ay ərzində (iyun 2019 – iyun 2020) Türkiyə 2,395 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024