Mobil versiya
Seyran "Nessun Dorma"na klip çəkdi - VİDEO
Tarix: 06-07-2020 | Saat: 09:53
Bölmə:Şou-biznes | çapa göndər

Seyran "Nessun Dorma"na klip çəkdi -


Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov bu aya olan sayca ikinci klipini təqdim edib.

aia.az xəbər verir ki, ifaçı Cakomo Puççininin "Turandot" operasından ukraynalı tanınmış opera ifaçı Ludmila Larussonun ifasında "Nessun Dorma" ariyasına klip çəkib.

Klipin çəkilişləri Almaniyanın tarixi Schloss Merode qəsrində lentə alınıb.



Maraqlıdır ki, bu, Seyranın iyul ayında ictimaiyyətə təqdim etdiyi ikinci klipidir. Daha əvvəl meksikalı məşhur müğənni Kim Moralesin “Viva la vida” mahnısına klip çəkmişdir.

Qeyd edək ki, Seyran İsmayılxanov “Almaniyanın Səsi 2019” müsabiqəsinin iştirakçısı olub. O, dörd dildə - rus, Azərbaycan, ingilis və alman dillərində söz yazıb, mahnı bəstələyir. S.İsmayılxanov bir neçə dəfə "Eurovision”un Azərbaycan üzrə milli seçim turlarında iştirak edib. Onun mahnıları nəinki Almaniyada, həmçinin Azərbaycanda, Türkiyədə və dünyanın digər ölkələrində populyarlıq qazanıb.

Onu da deyək ki, S.İsmayılxanov Moskvada, Qazaxıstanda, Türkiyədə, Tacikistanda, Azərbaycanda, Fransada və Almaniyanın bir sıra şəhərlərində solo konsertlərlə çıxış edib. O, həmçinin Tacikistan müğənnisi Təhminə Niyazova ilə duet oxuyub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024