Mobil versiya
Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq
Tarix: 03-07-2020 | Saat: 18:19
Bölmə:Gündəm | çapa göndər

Şahmar Mövsümov:


Pandemiyadan əvvəl metro ilə gündəlik 600 min insan daşınırdı, hazırda isə metroda sərnişin daşıma 170 min ətrafındadır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, şəhərə heç bir vacib səbəb olmadan gələnlərin qarşısı alınacağı təqdirdə, çətinlik olmayacağını düşünürük. Metro bağlandığına görə, eks press marşurut xətləri də bərpa olundu, sıxlıq olarsa, əlavə avtobuslar xəttə buraxılacaq:
"Digər bir tərəfdən də mütəmadi monitorinq aparılacaq və əgər avtobuslarda insanlar çoxdursa, bu məsələdə insanlarda həsas olmalıdır, sıxlıqdan yayınmaq üçün növbəti avtobusları gözləməlidir".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024