Mobil versiya
“BİLİN, DAHA HEÇ KİM SİZƏ YARDIM EDƏ BİLMƏYƏCƏK!” – Yoluxmaq və ölmək istəməyənlər bu həkimə qulaq assın (VİDEO)
Tarix: 03-07-2020 | Saat: 14:57
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

“BİLİN, DAHA HEÇ KİM SİZƏ YARDIM EDƏ BİLMƏYƏCƏK!” – Yoluxmaq və ölmək istəməyənlər bu həkimə qulaq assın (VİDEO)


"Azərbaycanda koronavirus pandemiyası artıq hədəqədən çıxıb. Proses artıq nəzarətsiz gedir və onun altında kimlər qalacaq, indidən demək mümkün deyil. Nə səhiyyə sistemi, nə hüquq-mühafizə orqanları, nə də başqa qurumlar proseslərə nəzarət etmək imkanında deyillər".

aia.az xəbər verir ki,u sözləri tanınmış həkim Vasif İsmayıl "Musavat TV"-yə müsahibəsində bildirib.

Azərbaycanda hazırki epidemioloji vəziyyəti dəyərləndirən həkim, vətəndaşlara müraciət edib: "Efirdən açıq deyirəm, bilin, bundan sonra başınıza bir iş gəlsə, sizə heç kim yardım edə bilməyəcək".

Vasif İsmayıl xəstəxanalarda yeni yataq yerləri yaratmağa ehtiyac olmadığını bildirib. Həkim bunun səbəbini xəstələrə qulluq edəsi tibbi personalın çatışmaması ilə izah edib: "Avadanlıqlar var, amma personal yoxdur, çünki tibb işçiləri arasında yoluxanların sayı kifayət qədərdir, yeni xəstəxana yaratmaq, poliklinikaları prosesə qoşmaq və s. kimi addımlar faydasızdır".

V.İsmayıl evdə müalicə ilə bağlı tövsiyələrin doğru olduğunu bildirib, amma xəstələrin qəbul etməli olduğu dərman preparatlarının verilməsi üçün tibb işçilərinin köməyinə ehtiyac olduğunu söyləyib: "Poliklinika həkimlərinin bunu edəcəyini düşünürsünüzsə, yanıla bilərsiz. Çünki bu tibbi personal belə xəstələrlə necə davranılması ilə bağlı təlimatlandırılmayıb. Eyni zamanda onlar lazımi tibbi geyim və s. avadanlıqlarla təchiz olunmayıblar. Hazırda xəstələrə iynə vuracaq tibbi personal tapmaq belə çox çətindir".

Vasif İsmayıl daha sonra bildirib ki, koronavirusla bağlı verilən statistik rəqəmlər həqiqəti əks etdirmir. O, nəzarətdən kənarda kifayət qədər xəstə olduğunu vurğulayıb: "Bizdə tibb, yoxlama, statistika sistemlərinin son həddinə çatmışıq. Bundan sonra rəsmi rəqəmlərdə artım görməyəcəksiz. Çünki yoluxan insanların əksəriyyəti nəinki test verə, heç həkimə də zəng edə bilmirlər. Vəfat etmiş insanların əksəriyyəti nə test veriblər, nə də səhiyə sisteminin onlardan xəbəri var..."

Vasif İsmayılın ölkədə epidemioloji vəziyyətin bundan sonrakı inkişafı, böhrandan çıxış yolları barədə çox maraqlı və aktual fikirlərinin davamı ilə aşağıda təqdim olunan videomaterialda tanış ola bilərsiz.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024