Mobil versiya
Ağstafa Rayon İcra Hakimiyyətində pandemiya ilə mübarizəyə dair tədbirlərin son vəziyyəti müzakirə olunub - FOTOLAR
Tarix: 03-07-2020 | Saat: 14:32
Bölmə:Gündəm | çapa göndər

Ağstafa Rayon İcra Hakimiyyətində pandemiya ilə mübarizəyə dair tədbirlərin son vəziyyəti müzakirə olunub




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsini keçirib.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun rəhbərliyi ilə Rayon Prokuroru Anar Cəfərovun, Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilovun, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafa Rayon İdarəsinin rəisi əvəzi Ceyhun Sadıxovun, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən zəruri tədbirlərdən danışıb. Qeyd edilib ki, Baş Nazir çıxışında rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Həmçinin, rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoymuşdur. Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Ağstafa rayonunda karantin qaydalarına ciddi nəzarət edilməsinin vacibliyini qeyd edən İcra başçısı ictimai fəalların, könüllülərin, polislərin rayon ərazisində aktiv fəaliyyət göstərmələrinin nəticəsini qeyd edərək, istənilən kütləvi tədbirlərin təşkilinin qəti şəkildə yolverməzliyini bildirmişdi. Müşavirə iştirakçılarının çıxışlarını dinləyən İcra başçısı əhali tərəfindən sanitariya-epidemioloji qaydalarına riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu qeyd etmişdir. Bu məsələlərlə bağlı müşavirə iştirakçılarının üzərinə çox böyük məsuliyyət düşdüyü qeyd olunmuş, yerlərdə xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunmasının nəzarətdə saxlanılması tələb olunmuşdur.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024