Mobil versiya
Pərviz Şahbazov: Azərbaycan neft bazarında stabilliyin təmin olunmasında öz rolunu oynamaqda davam edəcək
Tarix: 02-07-2020 | Saat: 16:42
Bölmə:Siyasət | çapa göndər

Pərviz Şahbazov:


Azərbaycan öz öhdəliklərinə sadiqdir və neft bazarının stabilliyinin təmin olunmasında öz rolunu oynamaqda davam edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov "Valday” klubu və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil olunan “Qlobal energetika və beynəlxalq siyasi risklər” beynəlxalq konfransında deyib.

O bildirib ki, hazırkı fövqəladə vəziyyətdə istehsalçı ölkələrin missiyası OPEC+ formatının öhdəliklərin sabit və səmərəli icrası mexanizmi qismində fəaliyyətini təmin etməkdən ibarətdir:

"Neft bazarında sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Ona görə də mən OPEC+ formatının genişləndirilməsinin vacib olduğunu hesab edirəm".

P.Şahbazov hesab edir ki, neft hasilatının azaldılması ilə bağlı sazişin icrasının üç aylıq yekunu növbəti addımlar üçün əsas təşkil edəcək. O əlavə edib ki, Azərbaycan öz öhdəliklərinə sadiqdir və neft bazarının stabilliyinin təmin olunmasında öz rolunu oynamaqda davam edəcək.

Enerji bazarındakı ümumi vəziyyətdən danışan nazir qeyd edib ki, COVID-19 dünya enerji sistemində dəyişikliklərə gətirib çıxaran əsas amillərdən biridir:

"Qlobal enerji sistemi uzun müddət tamamilə fərqli, daha dayanıqlı, proqnozlaşdırıla bilən mühitdə inkişaf edib. Qiymət müharibəsi və pandemiya şəraitində dünya neftə tələbatın qeyri-real həddə çatdığı vəziyyətlə üzləşdi. Neft bazarı qeyri-müəyyən hal alır. Təklif və tələb balansının da nə zaman bərpa olunacağı barədə qeyri-müəyyənlik var. İlin ikinci yarısında azalan trendin ləngiməsi gözlənilir. Qeyri-müəyyənlik şəraitində tələbin bərpa olunmasını gözləyə bilmərik. Bəzi proqnozlara görə, bazarı stabilləşdirmək üçün azı iki il vaxt lazım olacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024