Mobil versiya
1 iyul 2020-ci ildə YAP Laçın rayon təşkilatında ilk partiya təşkilatı sədrlərinin və partiya fəallarının iştirakı ilə video-kanfrans keçirilmişdir.
Tarix: 01-07-2020 | Saat: 20:42
Bölmə:Manşet | çapa göndər

1 iyul 2020-ci ildə YAP Laçın rayon təşkilatında ilk partiya təşkilatı sədrlərinin və partiya fəallarının iştirakı ilə video-kanfrans keçirilmişdir.



Yığıncaqda çıxış edən YAP Laşın rayon təşkilatının sədri İlqar İıyasov bildirdi ki, iyun ayında iki dəfə Partiyamızın Mərkəzi Aparatının xətti ilə video-konfrans keçirilmişdir. Sonuncu video-konfransda Baş Nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov demişdir: “Dünyada tüğyan edən koronavirus pandemiyasının beynəlxalq əməkdaşlığın miqyas və intensivliyinə mənfi təsir göstərməsi beynəlxalq icmanın həyat ritminin davam etdirilməsi istiqamətində yeni formaların axtarılıb tapmasını obyektiv zərurətə çevirir. Bu mənada Azərbaycanın geniş vüsət almış beynəlxalq təşəbbüslərinin COVID-19 pandemiyası dövründə daha da artması diqqəti cəlb etməyə bilməz. Çox müxtəlif sahələrdə regional və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan pandemiya dövründə yeni və müasir formatlarda beynəlxalq təşəbbüskarlığı ilə seçilməkdədir”.
Əli Əhmədov qeyd edib ki, cari ilin aprel və may aylarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi imkanlarının Türk Şurası və Qoşulmama Hərəkatı çərçivəsində videokonfrans formatında müzakirə edilməsi bütün dünya miqyasında böyük rezonans doğurdu. Azərbaycan Prezidentinin təşəbbüsü əsasında təşkil edilən həmin müzakirələrin COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın genişləndirilməsinə diqqətin artırılmasında mühüm rol oynaması xüsusilə vurğulanmağa layiqdir. Elə bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü yüksək qiymətləndirilib və koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə edilməsinin BMT Baş Assambleyasının gündəliyinə çıxarılması məqsədəuyğun hesab edilib. Beləliklə, hazırda Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edilib. Qərarın qəbul edilməsinə dünyanın 130 dövləti tərəfindən müsbət rəy bildirilməsi problemin aktuallığı ilə yanaşı, Prezident İlham Əliyevin təşəbbüsünə yüksək diqqətin təzahürü hesab edilməlidir.
Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü müasir şəraitdə qlobal həmrəyliyin və əməkdaşlığın yeni imkanlarının dəyərləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Sübut etməyə ehtiyac yoxdur ki, ayrı-ayrı ölkələr arasında fikir ayrılıqlarının dərinləşməsi, qlobal xarakter kəsb edən problemlər ətrafında vahid mövqe formalaşdırmağın çətinləşməsi kimi meyillərin müşahidə olunduğu bir zamanda bütün dünyada ən ciddi təhdidə çevrilən COVID-19-a qarşı birgə mübarizə qlobal etimadın və əməkdaşlığın möhkəmləndirilməsində nadir fürsətdir. ”
İlqar İlyasov bildirdi ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağırılması barədə qərarın qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz nümunəsidir.
İ.İlyasov onuda qeyd etdi ki, bu günə kimi rayon təşkilatının könüllüləri, Laçın Rayon İcra Hakimiyyəti ilə birlikdə ehtiyacı olan aztəminatlı ailələrə müxtəlif formada ərzaq, dizinfeksiya vasitələri, tibbi vasitələr çatdırılmışdırlar.
Ölkə Prezidenti İlham Əliyev Cənablarının dediyi kimi “Biz birlikdə güclüyük” . Gəlin bir olaq, birlikdə olaq, sosial məsafə saxlayaq, Respublika Operativ Qərərgahın müəyyən etdiyi qərarlara ciddi əməl edək, gigiyena qaydalarına ciddi əməl edək, 10 nəfərdən artıq insanın iştirak etdiyi məclislərə qatılmamalıyıq.
Sonra cari məsələlər barəsində YAP Mərkəzi Aparatı tərəfindən verilmiş tövsiyyələr ilk partiya təşkilatlarının sədrlərinin diqqətinə çatdırdı.
Video-konfransda rayon təşkilatının sədr müavini Xaliq Musayev, Nicat Həsənov,idarə heyyəti və Şura üzvləri Vüsal Həsənov, Sahib Quliyev vçıxış etdilər.



AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024