Mobil versiya
İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib
Tarix: 01-07-2020 | Saat: 17:44
Bölmə:Gündəm | çapa göndər

İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib


İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün İraqa göndərdiyi tibbi yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib.

İraqın Azərbaycandakı səfirliyindən aia.az-a bildiriblər ki, Azərbaycan hökumətinin bu yardımı ölkələrimiz arasında qardaşlıq bağlarının dərinliyini ifadə edən bir addım kimi dəyərləndirilib.

Xatırladaq ki, iyunun 30-da Azərbaycan hökumətinin 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardımı Bağdada çatdırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024