Mobil versiya
İcra Hakimiyyətindən şəhid bulağına qarşı laqeyd münasibət - YENİLƏNİB + FOTO/VİDEO
Tarix: 30-06-2020 | Saat: 12:32
Bölmə:Manşet / Gündəm | çapa göndər

İcra Hakimiyyətindən şəhid bulağına qarşı laqeyd münasibət -

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev şəhid bulağı məsələsi ilə bağlı açıqlama verib.

Mətbuat katibi Oxu.Az-a bildirib ki, şəhid bulağında təmir-bərpa işləri davam edir, görülən tədbirlər yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

09:59

Sumqayıtda baxımsız vəziyyətdə olan şəhid bulağı barədə məlumat vermişdik. Bir həftə keçməsinə baxmayaraq, vəziyyət, demək olar ki, dəyişməyib.

Oxu.Az xəbər verir ki, sakinlər məsələyə laqeyd, məsuliyyətsiz yanaşılmasından narazıdırlar.

Onların sözlərinə görə, şəhərin Nəriman Nərimanov küçəsi, 20/47A ünvanında yerləşən şəhid bulağının sökülən kərpic hissəsinə üzlük çəkilib:

“Bir neçə nəfər əraziyə gəlib, baxıb. Görülən iş isə göz qabağındadır. Ayın 24-dən bu günə qədər başqa heç bir iş görülməyib. Təəssüf ki, çox laqeyd yanaşılır”.

Xatırladaq ki, Sumqayıtda şəhid Ələsgər Cəmil oğlu Mustafayevin xatirəsinə quraşdırılan şəhid bulağı baxımsız vəziyyətdədir. Uzun müddətdir bulağın suyu kəsilib, özü isə uçuq-sökük hala düşüb. Şəhidin adını daşıyan bulağa olan münasibət vətəndaşların etirazına səbəb olur.

Həmin görüntüləri təqdim edirik:





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024