Mobil versiya
Mənim fəaliyyətim milli və dövlətçilik maraqlarına dəstək istiqamətində qurulub -Müsahibə
Tarix: 03-06-2020 | Saat: 14:18
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mənim fəaliyyətim milli və dövlətçilik maraqlarına dəstək istiqamətində qurulub -Müsahibə


Milli Məclis yaz sessiyası başa çatdı. Yeni seçilən millət vəkillərinin ilk fəaliyyəti heç də sakit dönəmə düşmədi.

Düyada olduğu kimi Azərbaycanda da Koronovirus Pandemiyası bütün sahələrdə çalışanlarla yanaşı millət vəkillərinin fəaliyyətində də ciddi problemlər yaratdı. Bəs bu çətin dönəmdə millət vəkillər necə fəaliyyət göstərdilər? Yaz sessiyasını necə başa vurdular? Seçiciləri onlardan razı qaldımı? Bu və ya digər sullarla millət vəkillərinə müraciət etdik. Müsahibimiz Milli Məclisin deputatı Könül Nurullayevadır.

- Könül xanım prezidentin 100 gününü müzakirə edib qiymət verirlər. Bəs deputatlar üçün neçə gün lazımdır ki, fəaliyyətlərinə qiymət verilsin?

-Deputatın fəaliyyətinə qiyməti ilk növbədə onun seçicisi verməlidir. Çünki millət vəkili xalqın seçdiyi səlahiyyətli şəxsdir və deputatın fəaliyyət istiqaməti ilk növbədə seçicilərinin problemlərinin həllinə dair strategiya əsasında qurulmalıdır. Qiymətləndirmənin səviyyəsi də təbii ki, bu fəaliyyətin effektivliyindən asılıdır. Düşünürəm ki, millət vəkilinin parlamentdəki fəaliyyəti müddətində hər günü səmərəli olmalıdır.

-Milli Məclisin yaz sessiyasının fəaliyyəti size qane etdimi?

Əlbəttə, ilk növbədə onu qeyd edim ki, koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə Milli Məclis də yaxından iştirak edir. Parlament qanunverici bazanı inkişaf etdirməklə yanaşı, ölkə və dünya əhəmiyyətli hadisələrlə bağlı da öz mövqeyini bildirir. Sessiya müddətində plenar və onlayn rejimdə komitə iclasları ilə paralel beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində də fəaliyyətimizi davam etdiririk. Ümumilikdə yaz sessiyasında Milli Məclisin 12 iclası keçirilib, 123 qanun və qərar, o cümlədən, 2 Konstitusiya Qanunu qəbul edilib. Eyni zamanda Milli Məclisin spikeri Sahibə xanım Qafarova 82 millət vəkilinin müraciəti ilə qanunvericiliyə uyğun olaraq, parlamentin növbədənkənar sessiyasının keçirilməsi ilə bağlı sərəncam da imzalayıb, sərəncama əsasən, iyunun 1-də və 2-də növbədənkənar iclarımız da artıq baş tutub. Növbəti iclas iyunun 5-nə təyin olunub..


-Siz bir millət vəkili kimi yaz sessiyasında öz seçicilərinizin maraqlarını təmin edən və Milli Məclis tərəfindən qəbul edilən hər hansı bir qanun layihəsini misal çəkə bilərsiniz?

- Qanunlara edilən dəyişikliklərin əksəriyyəti qanunvericilik bazasının daha da təkmilləşdirilməsini, eyni zamanda insanların sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutur. Bu sənədlərin hər biri bu və ya digər şəkildə həm mənim seçicilərimin, həm də bütövlükdə ölkə vətəndaşlarının maraqlarının təminatına hesablanıb. Nümunə kimi “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna edilən dəyişikliyi göstərə bilərəm. Belə ki, bu qanuna edilən dəyişikliklərin hamısı humanist məqsədlərə, cəmiyyətin aztəminatlı hissəsinin dövlət yardımına əlçatanlığını daha da genişləndirməyə xidmət edir. Eyni zamanda dəyişiklik özünüməşğulluq proqramlarının əhatə dairəsinin genişləndirilməsini də təmin edəcək.

-Özünüzü aktiv deputat sayırsınızmı və seçiciləriniz sizdən razı qaldımı?

-Mənim aktiv millət vəkili olub-olmadığımı əlbəttə ki, yenə seçicilərim qiymətləndirə bilər. Mən seçicilərimin mənə etimad göstərdiyi ilk gündən parlamentdəki fəaliyyətimi dövlətin sosial siyasəti başda olmaqla, milli maraqlar və dövlətçilik maraqlarına dəstək istiqamətində qurmuşam. Karantin rejimi davam etdiyi üçün seçicilərimlə canlı görüşlərimiz mümkün olmasa da mütəmadi olaraq təmasdayıq, onlayn formada qəbullarımız, sosial aksiyalarımız davam edir. Nizami rayon sakinlərinin hər birinin müraciəti araşdırılır və problemlərin həlli istiqamətində tədbirlər görürük.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə