Mobil versiya
Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
Tarix: 30-05-2020 | Saat: 11:51
Bölmə:Səhiyyə / Dünya | çapa göndər

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı



Çində son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkarlanıb, 11 pasiyent sağalıb, ölən olmayıb.AİA.Az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, virus xaricdən gələn şəxslərdə tapılıb (biri Şanxayda, biri Quandunda, ikisi isə Şandunda).

Ölkənin tibb müəssisələrində 63 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Çində ümumilikdə 82 999 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 302 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024