Mobil versiya
Operativ Qərargah: Yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir
Tarix: 22-05-2020 | Saat: 17:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Operativ Qərargah:


Operativ Qərargah ölkədə sanitar epidemioloji vəziyyəti yenidən təhlil edib, yaranmış situasiya karantin rejimində sərtləşməyə əsas vermir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə vəziyyət gərgin olsa da, Azərbaycanda elə deyil: "Bizdə vəziyyət o qədər də gərgin deyil. Vəziyyət sabit olmasa da, idarəolunandır. Yaranmış vəziyyətin daha da yumşaldılmasına ehtiyac görülmür. Yəni Operativ Qərargahın apardığı təhlillərə əsasən, ölkədə karantin qaydalarının yumşaldılması məqbul sayılmır. Vəziyyət olduğu kimi qalır. Yaxın günlərdə bu barədə Operativ Qərargahın qərarı olacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024