Mobil versiya
“Bu ağır təhlükənin qarşısında vətəndaş cəmiyyəti də dövlət başçımızın çağırışlarına dəstək olaraq öz sözünü deməkdədir” – Yeganə Sultanova, “Azərbaycan Diabet Liqası” İB-nin sədri
Tarix: 09-04-2020 | Saat: 14:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Bu ağır təhlükənin qarşısında vətəndaş cəmiyyəti də dövlət başçımızın çağırışlarına dəstək olaraq öz sözünü deməkdədir” – Yeganə Sultanova, “Azərbaycan Diabet Liqası” İB-nin sədri



“Bu ağır təhlükənin qarşısında vətəndaş cəmiyyəti də dövlət başçımızın çağırışlarına dəstək olaraq öz sözünü deməkdədir” – Yeganə Sultanova, “Azərbaycan Diabet Liqası” İB-nin sədri

Mən REM-in həkimi və “Azərbaycan Diabet Liqası”nın (ADL) rəhbəri kimi onu qeyd etməliyəm ki, qlobal koronavirus (COVİD-19) infeksiyasına qarşı dövlət tərəfindən kifayət qədər vaxtında və düzgün atılan profilaktik tədbirlərin nəticəsi olaraq, respublikamızda bu xəstəliyin gözlənilən yüksək səviyyədə yayılmasının qarşısı alınıb. Burada xüsusi fədəkarlığa görə tibb işçilərimizə, polislərimizə və bir an belə öz vəzifələrindən yayınmayan vətəndaşlarımıza dərin minnətdarlığımızı bildiririk. Çox sevindirici hal ondan ibarətdir ki, bu ağır təhlükənin qarşısında vətəndaş cəmiyyəti də dövlət başçımızın çağırışlarına dəstək olaraq öz sözünü deməkdədir. ADL öz növbəsində diabeti olan vətəndaşlarımıza dəstək olaraq Beynəlxalq Diabet Federasiyasının COVİD-19 virusu ilə bağlı tövsiyyələrini vətəndaşlarımıza çatdırır, diabetli insanlara onlayn tibbi yardım göstərir. Bilirsiz ki, diabetli insanlarda bu virusun ölüm riski daha yüksəkdir. Ona görə hamı kimi onlar da “Evdə qal” kampaniyasına daha həssas yanaşmalıdırlar. Dövlət başçısı cənab İlham Əliyevin, birinci xanım, ölkənin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətlərinə dəqiq əməl edilməsi xalqımızın xilasıdır. Evdə qalmaqla biz ilk növbədə doğma ailə üzvlərimizi, sevdiklərimizi, əzizlərimizi, xüsusilə yaşlı valideynlərimizi qoruyuruq. Əgər çox vacib halda və ya vəzifə borcumuzu yerinə yetirmək üçün evdən kənara çıxırıqsa, bu zaman ən azından aşağıdakı qaydalara əməl etməliyik:

1. Evdən bayıra çıxmayın. Ən vacib məsələlərə görə bir nəfər böyüyə maska, eynək, əlcək taxıb yola salın;

2. Evin ağzına xlorlu dəsmal qoyun və evi nəm dəsmal ilə dezinfeksiyaedici məhlulla mütəmadi dezinfeksiya edin;

3. Evdə dəsmalları tez tez dəyişin və salfetkalardan daha çox istifadə edin;

4. Evin havasını tez tez dəyişin, həyət evində olanlar öz həyətində hava ala bilərlər;

5. Evdə tez tez əl dəyən nöqtələri( qapı tutacaqları, işıq yandıranlar, razetkalar, unitazda su buraxan və s.) daha tez-tez təmizlənməlidir;

6. Əllərinizi xüsusi qayda ilə tez-tez yuyun;

7. Tez-tez isti, limonlu su için. Mən məsləhət görürəm ki, arada ot dəmləmələri, zəngəfil+limon+zəfəran qəbul edin;

8. İmmunsistemini möhkəmlədən, lakin şəkəri qaldırmayan qidalardan istifadə edin. Məsələn xaş (çörəklə yeməsəniz şəkəri qaldırmır), tərəvəzli yeməklər, salatlar;

9. Heç kəsi evə dəvət etməyin, heç kimin evinə getməyin. Ən vacib halda yuxarda söylədiyim ekipirovka ilə kontakta girə bilərsiz. Evə qayıdan kimi üstünüzdəkiləri balkona, açıq yerə qoyun, əllərinizi yaxşıca yuyun, tənəffüs yollarını duzlu spreylə və ya evdə hazırlanmış məhlulla( H2O2-perekis 10 damcı 1 stəkan qaynamış suya) yuyun.

Sonda bir məqamı da xüsusi vurğulamaq istərdim ki, aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının koronavirusla mübarizə tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyəti var. Əminəm ki, bütün bu tədbirlər sayəsində biz tezliklə pandemiyaya qalib gələcəyik.
Allah hər kəsi qorusun!

Abbas Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024