Mobil versiya
Tesla-nın Cybertruck pikapına artıq 622 min sifariş gəlib
Tarix: 07-04-2020 | Saat: 21:30
Bölmə:Media | çapa göndər

Tesla-nın Cybertruck pikapına artıq 622 min sifariş gəlib






Aia.Az ted.az-a istinadən bildirir ki, koronavirus pandemiyasının geniş yayılması və avtomibil sənayesinə mənfi təsirinə baxmayaraq, Tesla demək olar ki, zərərlə qarşılaşmır.

Cari vəziyyətdə şirkətin Cybertruck pikapına 622 mindən çox sifariş gəlib. Diqqət etsək bu rəqəm gün ərzində 1000 pikapın sifarişi deməkdir. Bu o qədər də çətin deyil, çünki depozit sadəcə 100 dollar həcmindədir. Sifarişdən imtina edəndə isə itki çox da yüksək olmur. Daxili sifariş daha çox Kaliforniyadan gəlir. Sözügedən ştatda daha çox hibrid və elektromobillər istifadə olunduğundan sifarişlərin 13%-i buranın payına düşür. Texas ştatına 6,25%, Florida 5,21%, Vaşinqton 4,06%, Kolorado şatının payına isə 3,04% düşür. Nyu-York bu siyahıda 2,41%-lə yeddinci yerdədir.

Ölkələr sırasına 76,15% sifarişlə ABŞ liderlik edir. İkinci yerdə 10,36%-lə Kanada, üçüncü yerdə 3,23% sifarişlə Avstraliya gəlir.

Qeyd edək ki, Tesla Cybertruck buraxılışı gələn ildən başlayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024