Mobil versiya
Dağlardan qanadlanan güc
Tarix: 07-04-2020 | Saat: 13:29
Bölmə:Manşet / İdman | çapa göndər

Dağlardan qanadlanan güc





Nicat Şahin oğlu Cəfərov 10 yanvar 2000-c- il tarixdə Azərbaycanın füsunkar gözəlliyi və heyranedici təbiəti ilə seçilən Gədəbəy rayonunun Novo İvanovka kəndində dünyaya göz açmışdır. Nicatın hələ lap körpəliyindən ailəsi Bakı şəhərinə köçdüyündən, təhsil almaq üçün Masazır qəsəbəsində yerləşən 1 saylı Əliağa Vahid adına orta məktəbin 1-ci sinfinə qədəm qoyur. 2017-ci ildə adı çəkilən orta məktəbdə təhsilini əla
qiymətlərlə başa vurur.
Nicat hələ kiçik yaşlarından, daha doğrusu, məktəb illərindən digər fənlərlə birlikdə idmana da həvəslə yanaşır və gələcəkdə sayılıb-seçilən idmançı olmaq barədə düşünürdü.
Nicatın idmana meylli olması, idmana olan həvəsi Masazırda yaxınlıqda yaşayan Dünya-Avropa çempionu Fəqan Məmmədovun gözündən yayına bilməzdi. Fəqan Məmmədov doğması qədər sevdiyi, gələcəyinə ümid bağladığı Nicata idmanla məşğul olmağı, bunun üçün məşqlərə qatılmağın vacibliyi barədə məsləhət bilir. Beləliklə Nicat Cəfərov dərsləri ilə bərabər idman məşqlərinə də qatılır. Bunun üçün o, yaxınlıqda fəaliyyət göstərən
Dağlardan qanadlanan güc


Dünya-Avropa çempionu Vüqar Ocaqverdiyevin rəhbərlik etdiyi məşq zalında məşqlərə başlayır. Az bir müddət ərzində öz məşqçisinin etimadını doğrultmağı bacarır, xüsusi gücü və özünəməxsus fəndləri ilə yoldaşlarından fərqlənir.
Bax beləcə də Nicat Cəfərov 2016-cı ildə Sumqayıt şəhərində keçirilən yarışlara qatılır və idmanın kikboks növü üzrə bacarığını, istedadını göstərərək fərqləndirici yerlərdən birini tutur. Nicatın idman sahəsində qazandığı ilk uğurlarına onu həm məktəbli yoldaşları, həm də müəllimləri də sevinirlər. Məktəbdə tez-tez adı çəkilir, şəninə təriflər söyləyirlər. Onun uğurlarına verilən qiymət, şəninə söylənən təriflər Nicatı daha böyük idman arenalarında çıxış etməyə, həmişə də qələbə qazanmağa sövq edir, onun məsuliyyətini daha da artırırdı.
Beləliklə də Nicat respublika səviyyəsində idmanın universal döyüş növü üzrə 4 dəfə Respublika çempionu adına layiq görülür.
28 iyul 2017-ci ildə keçirilən Peşəkarlar arasında Respublika Çempionluğunda Universal döyüş növü (MMA) üzrə Nicat Cəfərov özünün bacarığını, gücünü göstərərək I yerə layiq görülmüş və Azərbaycan Respublikası Gəclər və İdman naziri Azad Rəhimov tərəfindən xüsusi diplomla təltif olunmuşdur.
11-12 noyabr 2017-ci il tarixlərdə Ağdam şəhərində (Quzanlı) Azərbaycan Respublikasının Milli Dirçəliş Gününə həsr olunmuş Kikboksinq üzrə Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt filialının I açıq birinciliyi və çempionatında 20-27 yaş qrupunda 63,5 çəki dərəcəsində Nicat Cəfərov I yerə layiq görülmüş və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev tərəfindən xüsusi diplomla təltif olunmuşdur.
2018-ci il yanvar ayının 18-də Azərbaycan Respublikası Gənclər gününə həsr olunmuş turnirdə Universal döyüş növü (MMA) üzrə yenidən Nicat Cəfərov fərqlənərək I yerə layiq görülmüş və Azərbaycan Respublikası Gəclər və İdman naziri Azad Rəhimov tərəfindən xüsusi diploma layiq görülmüşdür.
Bundan sonra 2018-ci il 19-21 yanvar tarixində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Kikboksinq idman növü üzrə Respublika Turnirində Hövsan qəsəbəsində fəaliyyət göstərən Olimpiya Mərkəzində 16-18 yaş qrupunda 65 kq çəki dərəcəsində yenidən I yerə məhz Nicat Cəfərov layiq görülür və Azərbaycan Kikboksinq Federasiyasının “A.S.Fight” klubunun direktoru Anar Süleymanov tərəfindən diplomla təltif olunur.
Hər dəfə qazandığı uğurlar Nicat Cəfərovu heç də arxayınlaşdırmırdı, əksinə daha böyük uğurlara, daha yüksək titullara can atırdı. Elə bu səbəbdən də 2018-ci ilin aprel ayının 5-dən 8-ə qədər keçirilən Ağdam rayonu,Quzanlı qəsəbəsi Ağdam Milli Olimpiya Kompleksində Nicat Cəfərov Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Turnirdə 18-20 yaş qrupunda (70 kq çəki dərəcəsində) daha böyük əzmkarlıq göstərərək I yerə layiq görülmüş və Azərbaycan Universal döyüş Federasiyasının prezidenti Azər Həsənov tərəfindən diplomla təltif olunmuşdur.
28-30 mart 2019-cu il tarixlərdə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş Kikboksinq üzrə “KARABAKH OPEN” turnirində 18-20 yaş qrupunda (80 kq çəki dərəcəsində) I yerə yenidən Nicat Cəfərov layiq görülərək Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev tərəfindən xüsusi diplomla təltif olunmuşdur.
12-17 dekabr 2019-cu il tarixdə Şəki Olimpiya İdman Komleksində Ümummilli lider Heydər Əliyivin xatirəsinə həsr olunmuş Universal döyüş idman növü üzrə Beynəlxalq turnirdə 81 kq çəki dərəcəsində 18-20 yaş qrupunda Nicat Cəfərov yenidən tam qələbə qazanaraq I yerə layiq görülmüş və Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov tərəfindən diplomla təltif olunmuşdur.
Sevindirici haldır ki, Nicat Cəfərovun yarışlarda qazandığı uğurları təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da bizi sevindirir. Belə ki, Nicat Cəfərov 14-16 sentyabr 2018-ci il tarixlərdə Moskva vilayətinin Medın şəhərində Beynəlxalq Universal döyüş Federasiyanın (Federation İnternational Amateur “UNİFİGHT”) təşkilatçılığı ilə keçirilən Dünya Brinciliyi uğrunda Beynəlxal Turnirdə 18-20 yaş 70 kq çəki dərəcəsində universal döyüş (layt) üzrə III yerə, bir gün sonra isə, 16-19 sentyabr tarixlərdə universal döyüş növü üzrə II yerə layiq görülərək ardıcıl olaraq President FİAU Olympic champion S. Novikov tərəfindən iki diplamla təltif olunmuşdur.
Nicat Şahin oğlu Cəfərov hazırda Azərbaycan İdman Akademiyasının ikinci kurs tələbəsidir. Onun bu gün peşəkar idmanda olmasının, yarışlarda qələbə qazanmasının bəlkə də kökündə doğulduğu gözəl məkanın, Gədəbəyin uca dağlarının, diş göynədən bulaqlarının da təsiri durur. Atalar əbəs yerə deməyib ki, ot kökü üstə bitər. Nicatın atası Şahin özü də pəhləvan cüssəli, boy-buxunlu bir cavandır. Babası İsbəndiyar kişini görməsəm də, gözümün önündə onu “ağır otur- batman gəl” kişilər kimi canlandırıram. Köhnə kişilərdən olduğuna, dağlarımızın saf, təmiz ürəkli insanlarından biri olduğuna heç bir şübhəm də yoxdur. İnanıram ki, Nicatın da nümunəvi bir gənc kimi formalaşmasında, onun bu qədər mədəni, alicənab bir şəxsiyyət kimi formalaşmasında İsbəndiyar kişinin rolu daha böyükdür. Ona da əminəm ki, Nicat Cəfərov idmanda indiyə qədər qazandığı uğurlarla, əldə etdiyi nailiyyətlərlə kifayətlənməyəcək, daim öz üzərində çalışaraq daha yüksək pillələrə can atacaq, idmanın daha da dərinliklərinə baş vuracaq. Əminəm ki, vaxt gələcək, Nicatın səsi-sorağı daha böyük idman arenalarından gələcək, üçrəngli bayrağımızı nəinki Azərbaycanda, onun hüdudlarından qat-qat uzaqlarda da dalğalandıracaq. Azərbaycanımızın himnini dəfələrlə səsləndirəcək və himnimizin sədaları altında doğulub göz açdığı kəndini, Vətəninin məhz oraradan başladığını yadına salacaq. Bax onda Nicatla nəinki nənə-babaları, hətta el-obası, bütün Azərbaycan fəxr edəcək, qürur duyacaq. Ona görə əminəm ki, Nicat da lap körpə vaxtı gücünü, əzmliyini, vüqarını o müqəddəs dağlardan götürüb. Bu yolda Nicata böyük uğurlar diləyirəm.



Arif BAXŞƏLİOĞLU
Araşdırmaçı-jurnalist



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024