Mobil versiya
Bu gündən “Azəriqaz” belə rejimdə işləyəcək
Tarix: 06-04-2020 | Saat: 11:05
Bölmə:Karusel | çapa göndər

Bu gündən “Azəriqaz” belə rejimdə işləyəcək






Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlərə müvafiq olaraq, “Azəriqaz” İstehsalat Birliyi də fəaliyyətini ümumi tədbirlər proqramına uyğunlaşdırıb.

Aia.az xəbər verir ki, aprelin 6-dan etibarən Birlik Bakı şəhəri üzrə müştəri xidmətlərini Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı “ASAN xidmət” və Akademik H.Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı “ASAN Kommunal” mərkəzlərində səhər saat 09:00-dan saat 12:00-dək təqdim edəcək.

Birliyin müştəri xidmətləri üzrə mühəndisləri 5 saylı “ASAN xidmət” Mərkəzində 2 pəncərə üzrə, 1 saylı “ASAN Kommunal” Mərkəzində isə 4 pəncərə üzrə abonentlərin xidmətində olacaqlar. Bundan başqa vətəndaşların müraciətləri Birliyin Mərdəkan, Xırdalan, Sabunçu xidmət sahələrində və Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da qəbul olunacaq.

Qeyd edilən bütün məntəqələrdə ən zəruri xidmətlər - yeni kartların verilməsi, itmiş kartların əvəzlənməsi, koda düşmüş kartların bərpası və s. icra olunacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024