Mobil versiya
Polşada viza müddəti bitmiş həmyerlilərimizin nəzərinə...
Tarix: 05-04-2020 | Saat: 19:38
Bölmə:Manşet / Gündəm | çapa göndər

Polşada viza müddəti bitmiş həmyerlilərimizin nəzərinə...






Polşa ərazisində COVID-19 virusunun yayılması səbəbindən Varşava tərəfindən qəbul edilmiş cari epidemioloji vəziyyətlə əlaqədar viza müddəti bitmiş və ölkə ərazisini vaxtında tərk edə bilməyən Azərbaycan vətəndaşları, xüsusilə tələbələrlə bağlı Azərbaycanın Polşadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət ünvanlayıb.

Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, müraciətdə sözügedən şəxslərin viza müddətinin bitmə halının Polşanın aidiyyəti dövlət orqanları tərəfindən üzrlü hesab edilməsi xahiş olunub.

Bununla əlaqədar Polşanın Xarici İşlər Nazirliyindən Azərbaycan səfirliyinə cavab notası daxil olub. Notada bildirilir ki, 2020-ci ilin 31 mart tarixində Polşada qüvvəyə minən qanuna əsasən, SARS-CoV-2 virusunun yayılması səbəbindən aşağıda qeyd olunan hallarda Polşada qalma müddəti hüquqi olaraq uzadılır:

• Epidemioloji vəziyyətin qüvvədə olduğu 15 mart 2020-ci il tarixindən sonra xarici vətəndaşların milli vizası, yaxud da müddətli oturum izninin vaxtı bitibsə;

• Müddətli oturum üçün yerli orqanlara ərizə ilə müraciət vaxtı;

• Mövcud olan iş icazələrinin, mövsümi iş icazələrinin, habelə sahibkarların xarici vətəndaşları işə qəbuletmə prosedurlarının vaxtı;

• Könüllü olaraq öz ölkələrinə qayıtmaq istəyən xarici vətəndaşların Polşa ərazisində qanuni olaraq qalma icazələrinin vaxtı.

Polşada mövcud olan epidemioloji vəziyyətin başa çatmasının elan edildiyi andan 30 gün ərzində bitmiş vizanın vaxtını uzatmaq üçün və Polşada müvəqqəti yaşama icazəsi üçün müraciət etdikləri təqdirdə xarici vətəndaşların epidemioloji vəziyyət zamanı Polşa ərazisində yaşamaları qeyri-qanuni sayılmayacaq.

Daha ətraflı məlumat https://udsc.gov.pl/epidemia internet səhifəsindən polyak, rus və ingilis dillərində əldə oluna bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024